Vilayət Eyvazov Mübariz Şahbazovu işdən çıxardı İran xəbərdarlıq etdi: Savaş olacaq... ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO Türkiyəyə S-400 komplekslərinin ikinci partiyası avqust-sentyabrda gətiriləcək
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək Qurban bayramında avtoqəzaya düşənlərin faciəvi statistikası Zərif Trampla görüşdən imtina edib? - Şok ssenari NATO Rusiyadakı oyunlara niyə qatılmadı? - Şoyqu
Felgenhauer: ABŞ Moskvanı 2-3 dəqiqəyə vura biləcək Prezident bu sahə ilə bağlı ciddi tapşırıqlar verdi - Politoloq Tramp: O, artıq ölüdür və Rusiya ilə... ETİRAF



» » GSTM layihəyə uğurla yekun vurdu: İntellektual yarışı “İntellektuallar” qazandı


GSTM layihəyə uğurla yekun vurdu: İntellektual yarışı “İntellektuallar” qazandı

25-11-2015, 19:58
Oxunma sayı: 411
GSTM layihəyə uğurla yekun vurdu: İntellektual yarışı “İntellektuallar” qazandı

Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı, Rayon Gənclər və İdman idarələri və Sabirabad “ASAN Xidmət”in dəstəyilə həyata keçirdiyi “Meydanda Gənc Eruditlərdir” layihəsi çərçivəsində intellektual yarışmasına yekun vurub.
Sabirabadda yarışmanın finalı baş tutub.

Birliyin mətbuat xidmətinsən Respublika.info-ya daxil olan məlumata görə, yarışmanın finalından öncə GSTM-in icraçı direktoru Vüsal Əhmədov rəhbərlik etdiyi təşkilat və layihə haqqında məlumat verib. O, deyib ki, “Meydanda Gənc Eruditlərdir” yarışması 3 ay müddətində keçirilib və 2 rayonun (Saatlı və Sabirabad) 20-dən artıq məktəbi bu yarışda qalib olmaq üçün mübarizə aparıb: “Məqsədimiz gənclərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onlarda bu kimi yarışlara marağı yüksəltmək olub. Düşünürəm ki, buna nail olmuşuq. Gələcəkdə də buna bənzər yarışların keçirilməsini istisna etmirik”. V. Əhmədov finalda yarışacaq komandalara uğurlar arzulayıb.

Sabirabad “ASAN Xidmət”in nümayəndəsi Kəramət İsmayılov təmsil etdiyi qurumun bu layihəyə dəstək olmasını sevindirici hal kimi xarakterizə edib və əlavə edib ki, ASAN Xidmət könüllüləri belə yarışmalara hər zaman öz dəstəyini göstərməyə hazırdır. O, GSTM -lə əməkdaşlıqdan məmnunluğunu da ifadə edib. Finala çıxan komandalar arasında “ASAN Könüllüləri” komandasının da olmasını xatırladan K. İsmayılov güclü komandanın qalib olmasını arzulayıb.
Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsləhətçisi Mirzə Zahidov dövlətin gənclərə göstərdiyi qayğıdan danışıb. Bildirib ki, dövlət bütün sahələrdə olduğu kimi, gənclər sahəsində də inkişafı özünün prioritet istiqaməti kimi müəyyənləşdirib. O, sonda “Meydanda Gənc Eruditlərdir” layihəsinin finalçılarına uğurlar arzulayıb.
Daha sonra yarışın finalına start verilib. “Araz” “Xpert”, “İntellektuallar” və “ASAN Könüllüləri” komandalarının yarışdığı final qarşılaşmasında müxtəlif sahələri əhatə edən 25 sual səslənib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda daha çox suala düzgün cavab verən “İntellektuallar” komandası yarışmanın qalibi olub. Onlara kubok, sertifikat və müxtəlif kitablar hədiyyə edilib.

II yerə “Xpert”, III yerə isə “ASAN Könüllüləri” komandaları layiq görülüblər. Hər iki komanda da müxtəlif hədiyyələrlə mükafatlandırılıb. IV yerin sahibi “Araz komandası”na isə həvəsləndirici hədiyyələr verilib.
Eyni zamanda, “İntelektuallar” komandası respublika əhəmiyyətli “Xəmsə” Liqasında iştirak etmək hüququ qazanıb.
Sonda xatirə şəkli çəkilib.
Bununla da GSTM İB-in həyata keçirdiyi “Meydanda Gənc Eruditlərdir” layihəsinə yekun vurulub.


GSTM layihəyə uğurla yekun vurdu: İntellektual yarışı “İntellektuallar” qazandı
GSTM layihəyə uğurla yekun vurdu: İntellektual yarışı “İntellektuallar” qazandı
Sosial şəbəkələrdə paylaş: