Şamil Fərzəliyevin xatirəsinə : Müasir Mətbuatımızın Sönməyən Çırağı Gürcüstan baş nazirinin müavini: “Azərbaycanın çətin vəziyyətdən çıxmasında maraqlıyıq” Əli Həsənov jurnalistlər üçün ikinci binada mənzil bölgüsü barədə iddialara cavab verib Azərbaycan prokurorlorı beynəlxalq tədbirdə iştirak ediblər
Qubada iki nəfəri maşın vurub AZAL keçirdiyi tenderin davamından imtina edib Kooperasiya Universitetindəki yanğın Almaniya Türkiyə ilə hərbi əməkdaşlığı adi rejimdə davam etdirir
Çində bina uçub: 5 ölü Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər Qızıl bazarı canlanır Qətər əmiri: “Ölkədə həyat öz axarı ilə davam edir”



» » “Ekologiyadan əvvəlki “ekologiya” adlı monoqrafiya işıq üzü gördü


“Ekologiyadan əvvəlki “ekologiya” adlı monoqrafiya işıq üzü gördü

10-06-2017, 14:45
Oxunma sayı: 302
“Ekologiyadan əvvəlki “ekologiya” adlı monoqrafiya işıq üzü gördü


Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmləri doktoru, “Şöhrət” ordenli professor, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki Qara Mustafayev, Bakı Dövlət Universitetinin dosenti, şair-publisist Аnar Məmmədov və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı Yusif Mahmudovun həmmüəllifliyi ilə “Ekologiyadan əvvəlki “ekologiya” adlı monoqrafiya işıq üzü görüb.

Ekologiya – 1866-cı ildə E.Hekkel tərəfindən yaradılıb, canlıların öz aralarında və ətraf mühit komponentləri ilə qarşılıqlı əlaqələrini öyrənir. Müasir dövrdə ekologiya bütün elmlərə inteqrasiya olunur və sürətlə inkişaf edir. Lakin, əhalinin qədim dövrlərdən bəri ətraf mühitə pozitiv və ya neqativ təsirləri olub.
Monoqrafiyada ekologiyanın mahiyyəti, elm kimi tarixi və müasir bölmələri, qədim zamanlardan başlayaraq əhalinin ətraf mühitlə qarşılıqlı münasibətlərindən bəhs edilir. Respublika.info xəbər verir ki, müəlliflər bu münasibətləri “Ekologiyadan əvvəlki “ekologiya”” adlandırıblar. Yaşamaq və özünü qorumaq üçün ətraf mühitdən istifadə edən əhalinin fəaliyyəti ekoloji baxımdan təhlil edilərək, bu uzun yolda nəyin inkişaf, nəyin gerilik olduğu nəzərə çatdırılır. Bu məqsədlə Azərbaycanın tarixi qaynaqlarında, tarixi - mədəniyyət abidələri və qədim sənət nümunələrində təbii sərvətlərə münasibət açıqlanır. Folklorumuzda, o cümlədən ağız ədəbiyyatı nümunələrində, şifahi xalq ədəbiyyatında, dastan və nağıllarda, atalar sözləri və el məsəllərində, bayatı, tapmaca və laylalarda, aşıq sənəti, xalq mahnıları və xalq rəqslərində ətraf mühitə münasibət araşdırılır. Qədim türk abidələri və şumernamələrdə, “Avesta” qanunlar toplusunda, “Kitabi - Dədə Qorqud” dastanında təbiətə münasibət, Novruz bayramının ekoloji aspektləri ön plana çəkilir. İslam dinində ətraf mühit komponentlərinə qayğıkeş münasibətin nümunəviliyi xüsusi vurğulanır. Monoqrafiyada həmçinin Azərbaycanın fəlsəfi fikir tarixində, eləcə də XI - XIX əsrlərdə yaşamış klassik şair və yazıçıların əsərlərində təbiətə münasibət geniş şərh edilir. Alimlərin, səyyahların və müxtəlif peşə sahiblərinin ölkə təbiəti haqqında qeydləri təqdim edilir. Azərbaycanda ətraf mühitn qorunması tədbirləri və respublikada ekologiyanın başqa elmlərə müasir inteqrasiyası sadalanır.
Monoqrafiyanın elmi redaktorları akademiklər Vasim Məmmədəliyev və Yaqub Mahmudov, rətçiləri akademik Urxan Ələkbərov, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov, pedaqoji elmləri doktoru, professor Vidadi Xəlilov və filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlıdır.
Qeyd edək ki, monoqrafiya ali və orta məktəb müəllimləri, tələbələr, magistrlər, doktorantlar, ümumiyyətlə ekologiya ilə maraqlanan müxtəlif peşə sahiblərinin istifadəsi üçün nəzərdə tutulub.




“Ekologiyadan əvvəlki “ekologiya” adlı monoqrafiya işıq üzü gördü
Sosial şəbəkələrdə paylaş: