Bakıda yol polisini vurmaq istəyən "avtoş" tutuldu Dünya prezidentlərinin son model maşınları (Fotolar) “Ailə TV”nin ofisinə silahlı basqın edən şəxs tutulub - YENİLƏNİB Aydın Bəşirov vəzifəyə təyin olunması xəbərindən danışdı: “Kəmaləddin Heydərovla dostam”
İcra Hakimiyyəti QHT-nin tədbirinə əngəl oldu! -Bəzi xırda məmurlar sabotajla məşğuldur Marketlərdə içməli su qıtlığı yaranıb Azərbaycanda təşkilat sədri: “Mən azan səsi eşitmək istəmirəm” Hacıqabulda kriminal avtoritetlər tutuldu
Lənkəranski haqqında ŞOK: "Xüsusi təyinatlılarla əməliyyatda olub, qızlarımızı xilas edib" (VİDEO) Ziya Məmmədovun adı növbəti beynəlxalq rüşvət qalmaqalında - həbs təhlükəsi Tənha yaşayan ahıl və əlil insanlara könüllülər vasitəsilə sosial xidmətlərin göstərilməsi” layihəsi uğurla başa çatıb Şəbnəm Tapdıq Azərbaycanı tərk etdi



» » Gəncədə Qarabağ münaqişəsi nəticəsində maddi - mədəni irsin məhv edilməsi mövzusunda konfrans keçirilib


Gəncədə Qarabağ münaqişəsi nəticəsində maddi - mədəni irsin məhv edilməsi mövzusunda konfrans keçirilib

9-06-2017, 23:57
Oxunma sayı: 186
Gəncədə Qarabağ münaqişəsi nəticəsində maddi - mədəni irsin məhv edilməsi mövzusunda konfrans keçirilib
İyunun 9-da Gəncədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyi tərəfindən ”Qarabağ münaqişəsi nəticəsində maddi - mədəni irsin məhv edilməsi ilə bağlı İKT resurslarında təbliğat işinin gücləndirilməsi” mövzusunda gənclərin iştirakı ilə konfrans keçirilib. Tədbirə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi də təşkilati dəstək verib.
Layihənin rəhbəri “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyinin sədri Nail Şükürov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd işğal altında olan Qarabağın maddi – mədəni irsinin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı faktların elektron vasitələr ilə həm Azərbaycanda, həm də dünyada daha geniş auditoriyaya təbliğ olunması, gənclərin və gənclər təşkilatlarının Azərbaycan həqiqətlərinin – mədəniyyət irsinin obyektiv formada dünyada yayılmasında rolunun artırılmasıdır.
Konfrans çərçivəsində Ermənistanın işğalı nəticəsində Qarabağın maddi - mədəni irsinə dəymiş ziyan və bu mövzuda virtual resurslarda təbliğat işlərinin gücləndirilməsi haqqında ekspertlər tərəfindən məruzələr edilib, müzakirələr aparılıb. Çıxış edən məruzəçilər – AMEA İnsan Hüquqları İnstitunun əməkdaşı Faiq İsmayılov, tarix üzrə fəlsəfə doktoru Natiq Alışov, Azərbaycan Respublikası Prezidenti yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri, “Virtual Qarabağ” İKT mərkəzinin rəhbəri Nurəddin Mehdiyev qeyd ediblər ki, Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonların işğalı nəticəsində Azərbaycanın 23 muzeyinə məxsus 86 307 eksponat, 4 şəkil qalareyasına məxsus 371 rəsm əsəri, 927 kitabxanaya məxsus 4,6 milyon kitab, 13 arxivə məxsus 260 000 sənəd, 5300 memarlıq abidəsi, o cümlədən 2261 arxeoloji abidə, 50 000 ədəd şəxsi kolleksiyalarda saxlanan tarixi əhəmiyyətli mədəni-irs nümunələri Ermənistanın nəzarəti altındadır. Ermənilər tərəfindən məqsədli şəkildə onlarla Kurqanın, insan məskənlərinin, qəbirstanlıqların, inanc yerlərinin, müsəlman dini abidələrinin və digər arxeoloji abidələrin tamamilə məhv edilməsi, süni şəkildə, Azərbaycan tarixinə və mədəniyyətinə ciddi zərbə vurub. İlkin hesablamalara görə Azərbaycanın tarix və mədəniyyət abidələrinə Ermənistan tərəfindən vurulmuş zərərin ümumi miqdarı 177 milyard ABŞ dolları təşkil edir.
Konfransda həmçinin vurğulanıb ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki memarlıq abidələrinin bir qisminin erməniləşdirilməsi, digər bir qismi vandalizmə uğradılması ciddi təşviş doğurur. Qeyd olunub ki, ermənilərin bu hüquqa zidd əməlləri beynəlxalq təşkilatlar tərəfindən araşdırılıb öz hüquqi qiymətini almalıdır. Bu istiqamətdə İKT resurlarında təbliğat gücləndirilməli, bu sahədə gənclərin də rolu artırılmalıdır.
Konfransın əsas nəticələrindən biri də o olacaq ki, Qarabağın maddi – mədəni irsinin ermənilər tərəfindən məhv edilməsi faktlarının təbliğində dövlət qurumları, vətəndaş cəmiyyəti və elmi müəssisələrin birgə əməkdaşlıq səyləri artacaq.
Konfrans zamanı “Qafqaz Albaniyası- gecikmiş həqiqətlər” sənədli filmi nümayiş olunub. Konfrans iştirakçılarına müxtəlif çap məhsulları, paylama materialları təqdim olunub.
Konfransın işində Gəncə şəhər Regional Mədəniyyət və Turizm İdarəsinin məsul əməkdaşları, Gəncənin müxtəlif elmi müəssisələrin əməkdaşları, ictimai birlik rəhbərləri, gənc tədqiqatçılar, gənclər iştirak edir.
Sosial şəbəkələrdə paylaş: