Neft ucuzlaşır Atəşkəs rejimi 125 dəfə pozulub Qızıl ucuzlaşır, gümüş bahalaşır Poroşenko: “ABŞ Ukraynaya 500 milyon dollar dəyərində hərbi yardım ayırıb”
Türkiyə və Azərbaycandan göz dağı – Sərkisyanın 4 milyonluq nağılı... Paşazadənin “vurulması“nın şok səbəbləri Qardaşı qızı ilə sevişərkən tutulan aparıcı ilə bağlı məhkəmə qərar qəbul etdi - FOTOLAR Azərbaycanda orta məktəbdə faciə...
"Qız atası"nın Vidadisi oğlunu evləndirdi - FOTOLAR Azərbaycan musiqisinin korifeyinə təzim “TurAz Qartalı - 2017” təlimləri başlayıb "Enerji içkiləri insanları məhvə aparırır" - Dietoloq Leyla Zülfüqarova



» » Beynəlxalq yarışlara ev sahibliyinin edilməsi insan kapitalının inkişafına qoyulan böyük sərmayədir


Beynəlxalq yarışlara ev sahibliyinin edilməsi insan kapitalının inkişafına qoyulan böyük sərmayədir

9-06-2017, 12:55
Oxunma sayı: 80
Beynəlxalq yarışlara ev sahibliyinin edilməsi  insan kapitalının inkişafına qoyulan böyük sərmayədir

Beynəlxalq yarışlara ev sahibliyi etmək hər bir dövlət üçün özünün potensialını, gücünü, mədəniyyətini, tarixini göstərmə şansıdır. Bundan əlavə həmin yarışlar vasitəsilə ev sahibi olan ölkə dünyaya vermək istədiyi mesajı verir, marağında olduğu məsələyə diqqət yönəldir. Əbəs yerə deyil ki, beynəlxalq tədbirlərə ev sahibliyi etmək uğrunda dünya ölkələri daim mübarizə aparırlar. Əlbəttə ki, belə layihələrə ev sahibliyi etmək eyni zamanda böyük maliyyə vəsaitləri bahasına başa gəlir. Buna baxmayaraq, ölkələrin ev sahibliyi mübarizəsi bir daha onu göstərir ki, beynəlxalq yarışlara ev sahibliyi etmək istər siyasi, istər sə də sosial cəmiyyətin inkişafı baxımından çox əhəmiyyətlidir. Bəs hansı ölkələr bu cür yarışları keçirə bilər? Ümumiyyətlə, onu qeyd edim ki, hər bir yarışın keçirilmə həcmindən, coğrafiyasından asılı olaraq müvafiq infrastruktur və siyasi sabitlik tələbləri vardır. Heç gizli deyil ki, yetəri qədər ölkələr var ki, nəinki beynəlxalq yarışlara ev sahibliyi etmək, hətta bu mübarizəyə qoşulma şansı da əldə edə bilməmişdir.
Azərbaycan 25 ildən bir qədər artıq müstəqillik dövrü yaşamasına baxmayaraq, bu sahədə bəzi uzun müstəqillik tarixinə malik dövlətlərin əldə edə bilmədiyi uğurları əldə etmişdir. Hamımıza məlumdur ki, elə bir il yoxdur ki, Azərbaycanda beynəlxalq tədbirlər, yarışlar keçirilməsin. Beynəlxalq yarışların ev sahibliyini əldə etmək uzun inkişaf yolu tələb edir. İlk növbədə ölkənin idman və turist infrastrukturu belə yarışları keçirmək üçün hazır olduqda həmin ölkəyə razılıq verilir. Cənab Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti olduqdan sonra Azərbaycan bu yolu qısa müddətdə qət etmişdir. Bu səbəbdəndir ki, ölkəmiz müvəffəqiyyətlə Avropa, dünya çempionatlarına, qitə yarışlarına ev sahibliyi etmişdir. Bu, Azərbaycan dövlətçiliyinin inkişafının, onun beynəlxalq aləmdə ilk növbədə yüksək nüfuzunu göstərir. Azərbaycan bu yarışlar vasitəsi ilə özünün müstəqilliyində qazandığı nailiyyətləri dünyaya nümayiş etdirə bildi. Hər il Azərbaycanın beynəlxalq hadisələrin mərkəzinə çevrilməsi dünya birliyinin, o cümlədən beynəlxalq təşkiatların bu ölkəyə olan etibarından xəbər verir. Azərbaycan etibarlı tərəfdaş olmağını artıq çoxdan sübut etmişdir. Siyasi sabitliyimiz, multikultural dəyərlərə sahib olmağımız və xalqımızın dözümlülük həyat tərzi bu nailiyyətləri bizə bəxş etdirir.
Ölkəmizdə keçirilmiş yarışlardan ikisini xüsusilə qeyd etmək istərdim: Bakı 2015 I Avropa Oyunlar və Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları. Məhz bu oyunlar vasitəsilə Azərbaycan nəyə qadir olduğunu göstərdi və dünyaya öz standartlarını qoydu. Ölkəmiz üçün həmin yarışların əhəmmiyyəti kimi bir çox nüansları qeyd edə bilərik. İlk növbədə Azərbaycan özünü dünyaya gözəl şəkildə tanıtdı, öz mədəniyyətini, tarixini, qonaqpərvərliyini göstərdi. Bundan əlavə, dünya xalqları bu beynəlxalq yarışlar vasitəsilə yeni bir ölkə kəşf etdilər. Hansı ki, növbəti mərhələdə bu amil ölkəyə turizm axınını gücləndirdi. Qeyd etməliyəm ki, siyasi baxımdan məsələnin yükü öz aktuallığını sözsüz qoruyub saxlayır. Eyni zamanda Azərbaycan bu cür yarışlar vasitəsi ilə rastlaşdığı Dağlıq Qarabağ problemini də dünyada daha çox tanıda bilir. Bununla da beynəlxalq təşkilatlarda dəstəyini artırır. Bütün sadalanan göstəricilər sayəsində Azərbaycan dünyada dostlarının sayını xeyli artırdı.
Mən bir məsələni xüsusilə qeyd etmək istərdim. Beynəlxalq yarışların təşkili prosesi olduqca ağır və çətin prosesdir. Bu prosesə yüzlərlə mütəxəssis cəlb olunur. Bu mütəxəssislərin içərisində həm yerli , həm də əcnəbi kadrlar yer alır. Hesab edirəm ki, beynəlxalq yarışlara ev sahibliyi etməyin ölkəyə verdiyi ən böyük töhvələrdən biri yerli ixtisaslı kadrların hazırlanmasıdır. Əgər biz 10-15 il əvvəl keçirilmiş yarışların təşkilati heyəti ilə bu illərdə keçirilmiş yarışların təşkilati heyətini müqayisə etsək bunu açıq-aydın görmüş olarıq. Ümumiyyətlə, beynəlxalq yarışa ilk dəfə ev sahibliyi edən ölkə belə bir təcrübəyə sahib olmadığından işçi heyətin əksəriyyəti xaricdən dəvət olunur. Hər dəfə keçirilən yarışlarda daha çox yerli işçilərin cəlb olunması ilə artıq ölkə belə yarışlara ev sahibliyində tam olaraq yerli kadrlardan yararlanır. Yerli kadrların işə cəlb olunması isə, bildiyimiz kimi, ilk növbədə yeni iş yerlərinin yaranması deməkdir, daha sonra, bu hal maliyyə vəsaitin ölkədən kənara daşınmasının qarşısını alır və son olaraq yerli kadrlar növbəti mərhələ üçün daha çox təcrübə toplamış olurlar. Azərbaycan bu sahədə böyük irəliləyişlər əldə etmişdir. Məsələn, yuxarıda qeyd etdiyim Bakı 2015 I Avropa Oyunları bir çox yerli menecerlər üçün sözün əsl mənasında məktəb rolunu oynamışdır. Öz ətrafımda olanlardan qeyd edə bilərəm ki, Avropa Oyunlarında Açılış və Bağlanış mərasimlərində Koordinator vəzifəsində çalışan yerli kadrlar, Formula1 yarışlarında və İslam Oyunlarında uğurlu menecer kimi, rəhbər kimi fəaiyyət göstərmişlər. Ümumilikdə İslam Oyunlarında dəvət olunmuş əcnəbi mütəxəssislərin sayı Avropa Oyunlarına nisbətən daha az idi və bu tendensiya ildən ilə sürətlə artır.
Sevindirici haldır ki, artıq Azərbaycanlı mütəxəssislər dünyanın başqa ölkələrində keçirilən beynəlxalq yarışlara mütəxəssis olaraq dəvət olunurlar və onların təşkilatçılıqlarına ehtiyac duyulur. Avropa Oyunlarından sonra yerli menecerlərimiz Türkiyənin Antalya şəhərinə, Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə, Qazaxıstanın Astana şəhərinə və bir çox belnəlxalq tədbirlərə dəvət olunmuş, müvəffəqiyyətlə fəaliyyət göstərmişlər. Hal-hazırda isə IV İslam Həmrəyliyi Oyunlarının Açılış və Bağlanış mərasimlərinin təşkilində çalışan mən və 20-yə yaxın komanda yoldaşlarım bu ilin sentyabr ayında Türkmənistanın Aşqabaq şəhərində təşkil olunacaq V Asiya Oyunlarının təşkilinə dəvət olunmuşdur. Hesab edirəm ki, hər bir beynəlxalq dərəcəli mütəxəssis eyni zamanda öz ölkəsinin simasıdır və öz ölkəsinə maliyyə vəsaiti gətirən təmsilçisidir.
Bu gedişlə inanıram ki, Azərbaycan növbəti illərdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək şansını qazanacaq və Olimpiya Oyunlarını yerli mütəxəssislər təşkil edəcəklər. Yerli mütəxəssislərin inkişafı yolunda Cənab Prezident İlham Əliyevin, Avropa və İslam Oyunları Təşkilat Komitələrinin sədri, birinci xanım Mehriban Əliyevanın əvəzsiz rolu olmuşdur. Məhz bu yarışları ölkəmizə gətirən və onun ən yüksək səviyyədə təşkiliə səbəb olmuş İlham Əliyev və Mehriban Əliyeva bu addımları ilə ölkəmizin ilk olaraq gənclərinə, o cümlədən gələcəyinə böyük sərmayə qoymuşlar. Cənab Prezident İlham Əliyevin çıxışlarında bildirdiyi kimi həqiqətən də, Azərbaycanın neft kapitalı İnsan kapitalına yönəldilir və bugünkü günümüzdə biz bunun şahidi oluruq. Respublikamızın illər əvvəl yarışlara sərf etdiyi vəsaitlər daha dəyərli formada insan kapitalı vasitəsilə qeri qayıdır.
Ölkəmiz dünyaya öz mütəxəssislərini, düşünən beynlərini bəxş edir və belə bir ölkənin vətəndaşı olduğum üçün qürur hissi duyuram.



Şəmsi Gülverdi
İslam Oyunları Əməliyyat Komitəsi
Kast Menecer



Respublika.info
Sosial şəbəkələrdə paylaş: