Bakıda yol polisini vurmaq istəyən "avtoş" tutuldu Dünya prezidentlərinin son model maşınları (Fotolar) “Ailə TV”nin ofisinə silahlı basqın edən şəxs tutulub - YENİLƏNİB Aydın Bəşirov vəzifəyə təyin olunması xəbərindən danışdı: “Kəmaləddin Heydərovla dostam”
İcra Hakimiyyəti QHT-nin tədbirinə əngəl oldu! -Bəzi xırda məmurlar sabotajla məşğuldur Marketlərdə içməli su qıtlığı yaranıb Azərbaycanda təşkilat sədri: “Mən azan səsi eşitmək istəmirəm” Hacıqabulda kriminal avtoritetlər tutuldu
Lənkəranski haqqında ŞOK: "Xüsusi təyinatlılarla əməliyyatda olub, qızlarımızı xilas edib" (VİDEO) Ziya Məmmədovun adı növbəti beynəlxalq rüşvət qalmaqalında - həbs təhlükəsi Tənha yaşayan ahıl və əlil insanlara könüllülər vasitəsilə sosial xidmətlərin göstərilməsi” layihəsi uğurla başa çatıb Şəbnəm Tapdıq Azərbaycanı tərk etdi



» » Qətərə 5 şərt qoyuldu


Qətərə 5 şərt qoyuldu

8-06-2017, 08:27
Oxunma sayı: 171
Qətərə 5 şərt qoyuldu
Məlum olduğu kimi Konor adaları, Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya, Maldiv adaları, Mavriki və Mavritaniya terrorizmə dəstək verdiyi iddiası ilə Qətərlə əlaqələrini kəsdiklərini elan ediblər.

Bir neçə ölkə tərəflər arasında münasibətlərin normallaşması üçün vasitəçi ola biləcəyini açıqlayıb.

Həmçinin, müxtəlif dairələrdən Səudiyyə Ərəbistanı və dəstəkçilərinə təzyiqlər edilməyə başlanılıb.

Məlumata görə, boykotçu ölkələr Qətərə 5 şərt qoyublar:

- Terror təşkilatı olaraq qəbul edilən “Müsəlman qardaşlar”, İŞİD və “Əl-Qaidə”yə maddi dəstək dayandırılmalıdır;

- Yəməndə hökumətə qarşı savaşan şiə Husilərə maliyyə yardımı kəsilməlidir;

- Qətər İranın regionda təsirini gücləndirmək cəhdlərinə qarşı çıxmalı və bu ölkəni dəstəkləyən mövqeyindən əl çəkməlidir;

- Mərkəzi Qətərdə yerləşən və beynəlxalq yayım edən Əl Cəzirə kanalının xəbər siyasəti dəyişdirilməlidir;

- Körfəz Əməkdaşlıq Şurası tərəfindən əldə edilən razılaşmalara əməl edilməlidir
qafqaz.info
Sosial şəbəkələrdə paylaş: