Bakıda yol polisini vurmaq istəyən "avtoş" tutuldu Dünya prezidentlərinin son model maşınları (Fotolar) “Ailə TV”nin ofisinə silahlı basqın edən şəxs tutulub - YENİLƏNİB Aydın Bəşirov vəzifəyə təyin olunması xəbərindən danışdı: “Kəmaləddin Heydərovla dostam”
İcra Hakimiyyəti QHT-nin tədbirinə əngəl oldu! -Bəzi xırda məmurlar sabotajla məşğuldur Marketlərdə içməli su qıtlığı yaranıb Azərbaycanda təşkilat sədri: “Mən azan səsi eşitmək istəmirəm” Hacıqabulda kriminal avtoritetlər tutuldu
Lənkəranski haqqında ŞOK: "Xüsusi təyinatlılarla əməliyyatda olub, qızlarımızı xilas edib" (VİDEO) Ziya Məmmədovun adı növbəti beynəlxalq rüşvət qalmaqalında - həbs təhlükəsi Tənha yaşayan ahıl və əlil insanlara könüllülər vasitəsilə sosial xidmətlərin göstərilməsi” layihəsi uğurla başa çatıb Şəbnəm Tapdıq Azərbaycanı tərk etdi



» » Azərbaycan 3 fətullahçını tutub Türkiyəyə ekstradisiya edir, biri pedaqoqdur


Azərbaycan 3 fətullahçını tutub Türkiyəyə ekstradisiya edir, biri pedaqoqdur

8-06-2017, 08:21
Oxunma sayı: 104
RESPUBLİKA İNFO Virtualaz.org saytına istinadən xəbər verir ki, Azərbaycan hüquq-mühafizə orqanları Türkiyə tərəfindən axtarılan 3 fətullahçını saxlayıb və onların ekstradisiyasına dair qərar verib. Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, onlardan biri Taci Şentürkdür. Taci Şentürk bu gün xüsusi təyyarə ilə Türkiyəyə ekstradisiya ediləcək. Onun Türkiyədə “FETÖ mənsubu” kimi həbs ediləcəyi gözlənilir.
Taci Şentürk Azərbaycanda özəl məktəblərdən birində dərs keçən uzman psixoloq-pedaqoqdur. Onun ötən ilin fevralında Bakıda “Dərsimiz Ailə, mövzumuz uşaq tərbiyəsi” adlı yeni kitabı nəşr olunub. Bu kitabda fətullahçı pedaqoq uşaqların tərbiyəsi üçün hansı metodlardan istifadə edilməli olduğu göstərilir. Şentürk kitabının təqdimatında deyib ki, Azərbaycanın hər tərəfini gəzərək ailələrdə uşaqların tərbiyəsi ilə bağlı problemləri araşdırıb, sonra bu kitabı yazıb.

Xatırladaq ki, ötən ilin iyulunda Fətullah Gülənə bağlı hərbçilər tərəfindən Türkiyədə hərbi çevriliş cəhdi olub. Bu qiyamın yatırılmasından sonra Türkiyədə on minlərlə fətullahçı həbs olunub,habelə Türkiyə hakimiyyəti xarici ölkələrdəki fətullahçılara qarşı təqiblərə başlayıb. Azərbaycan FETÖ-çulara qarşı mübarizədə Türkiyə iqtidarına dəstək verir.
Azərbaycan 3 fətullahçını tutub Türkiyəyə ekstradisiya edir, biri pedaqoqdur
Sosial şəbəkələrdə paylaş: