Bakıda yol polisini vurmaq istəyən "avtoş" tutuldu Dünya prezidentlərinin son model maşınları (Fotolar) “Ailə TV”nin ofisinə silahlı basqın edən şəxs tutulub - YENİLƏNİB Aydın Bəşirov vəzifəyə təyin olunması xəbərindən danışdı: “Kəmaləddin Heydərovla dostam”
İcra Hakimiyyəti QHT-nin tədbirinə əngəl oldu! -Bəzi xırda məmurlar sabotajla məşğuldur Marketlərdə içməli su qıtlığı yaranıb Azərbaycanda təşkilat sədri: “Mən azan səsi eşitmək istəmirəm” Hacıqabulda kriminal avtoritetlər tutuldu
Lənkəranski haqqında ŞOK: "Xüsusi təyinatlılarla əməliyyatda olub, qızlarımızı xilas edib" (VİDEO) Ziya Məmmədovun adı növbəti beynəlxalq rüşvət qalmaqalında - həbs təhlükəsi Tənha yaşayan ahıl və əlil insanlara könüllülər vasitəsilə sosial xidmətlərin göstərilməsi” layihəsi uğurla başa çatıb Şəbnəm Tapdıq Azərbaycanı tərk etdi



» » Bu yeni test sayəsində xərçəng çox erkən müəyyən ediləcək


Bu yeni test sayəsində xərçəng çox erkən müəyyən ediləcək

8-06-2017, 08:19
Oxunma sayı: 126
Bu yeni test sayəsində xərçəng çox erkən müəyyən ediləcək
Bu yeni test sayəsində xərçəngi simptomlarından əvvəl müəyyən etmək mümkün olacaq.

RESPUBLIK.INFO moderator.az istinadən xəbər verir ki, mütəxəssislər minlərlə həyatı xilas edəcək yeni bir xərçəng testi kəf ediblər.

Bədəndəki bütün hüceyrələr ölərkən, ya da ifrazatları ilə qan dövranına məlumatlar buraxırlar. Xərçəng hüceyrələrinin də bədənimizdə bu şəkildə çalışan hüceyrələrdən fərqi yoxdur. Spesifik hüceyrə məlumatlarını yoxlayan bu yeni qan testləri yüksək bir dəqiqliklə fərqli xərçəng növlərini simptomlardan illər əvvəl müəyyən edə biləcək.

Tədqiqatçılara görə, gələcəkdə ağrılı biopsiya və ya fiziki müayinələr yerinə sadə bir qan testi ilə sağlamlığımızı qoruya biləcəyik. Xərçəng kimi ölümcül bir xəstəliyin lap başlanğıc mərhələsində müəyyən edilməsi də xəxtələrin həyatda qalma müddətlərini uzadacaq. Beləliklə, hər il minlərlə insanın həyatı xilas olacaq. Bu yeni eksperimental qan testi bu həftə Çikaqodakı dünyanın ən böyük xərçəng konfransında açıqlanıb.

Bəzi xərçəng növlərinin simptomlarının çox yüngül olması və başqa xəstəliklərlə asanlıqla qarıçdırılabilmə səbəbiylə erkən diaqnoz qoyulmaları olduqca çətin idi. Londondakı Xərçəng Araşdırmaları İnstitutu və London Royal Marsdan xəstəxanasından Dr. Nikolas Turnerin dediyinə görə, əgər bu yeni test yumurtalıq, ağciyər və mədəaltı vəzinin xərçəng xəstəliklərini indiki səviyyədən yarıya endirsə belə, bu, tibb dünyasında ciddi bir irəliləyiş deməkdir. Xərçəng dünyası bu mərhələdə bu testlərin potensialından olduqca həyəcanlı vəziyyətdədir. Amma bu məqsədlər həyata keçirilə bilərmi, hələ ki məlum deyil.

Con Hopkins Tibb Fakültəsinin Onkoloji bölümündən Doktor Bert Vogelsteinın bildirdiyinə görə xərçəngləri başlanğıc mərhələsində müəyyən etmək xərçəngdən ölümlərin sayını 90 faiz azalda bilər.

Bu yeni test istifadə edilən üsul olan xərçəng hüceyrəsi DNT-sini axtarır. Hazırda onkoloji dünyası bu metodu xərçəngin sonrakı mərhələsində və qanlarında çox miqdarda xərçəng hüceyrə olan xəstələrdə istifadə edir. Bu yeni işlər ilə istifadə edilən metod inkişaf etdirilərək spesifik olaraq xərçəngin başlanğıc mərhələsinin hələ simptomlar yok ikən müəyyən edilməsi məqsədini güdür.
Bu yeni test sayəsində xərçəng çox erkən müəyyən ediləcək
Hazırda həyata keçirilən araşdırmalar "Grail" adlı Amerikan firması tərəfindən dəstəklənir. Grail Cef Bezos və Bill Gatesden 100 milyon dollar investisiya almışdı. Bu investisiya ilə həyata keçirdiyi araşdırmaların 2019-ci ildə yeni bir xərçəng testi ilə nəticələnməsi gözlənilir.

Bu testi yerli səhiyyə ocağında etdirdiyimiz adi səhiyyə sınaqları ilə də etdirmək planlaşdırılır. Xərçəng testi müsbət çıxdığı təqdirdə müalicəyə dərhal başlaya və potensial həyatlar qurtarılacaq
.
Tədqiqatçıları düşündürən bir problem isə xərçəng testlərinin düzgün olmayan pozitivlər verməsidir. Bu doğru olmayan pozitivlər əsasən genetik mutasiyaya uğramış yaşlı xəstələrdə müşahidə ediləcək.

Avstraliyadakı Royal Melburn and Şimal Qərb Hospitalından araşdırmaya qatılan Piter Gibbsə görə bu danışılan xərçəng testinin çıxması 3-5 il davam edə bilər.
Sosial şəbəkələrdə paylaş: