Neft ucuzlaşır Atəşkəs rejimi 125 dəfə pozulub Qızıl ucuzlaşır, gümüş bahalaşır Poroşenko: “ABŞ Ukraynaya 500 milyon dollar dəyərində hərbi yardım ayırıb”
Türkiyə və Azərbaycandan göz dağı – Sərkisyanın 4 milyonluq nağılı... Paşazadənin “vurulması“nın şok səbəbləri Qardaşı qızı ilə sevişərkən tutulan aparıcı ilə bağlı məhkəmə qərar qəbul etdi - FOTOLAR Azərbaycanda orta məktəbdə faciə...
"Qız atası"nın Vidadisi oğlunu evləndirdi - FOTOLAR Azərbaycan musiqisinin korifeyinə təzim “TurAz Qartalı - 2017” təlimləri başlayıb "Enerji içkiləri insanları məhvə aparırır" - Dietoloq Leyla Zülfüqarova



» » Əfqan Muxtarlının apellyasiya şikayəti təmin edilməyib


Əfqan Muxtarlının apellyasiya şikayəti təmin edilməyib

6-06-2017, 14:12
Oxunma sayı: 127
Əfqan Muxtarlının apellyasiya şikayəti təmin edilməyibBu gün Bakı Apellyasiya Məhkəməsində Əfqan Muxtarlı barəsində Səbail Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.

APA-nın xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

Qeyd edək ki, mayın 31-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Ə. Muxtarlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə. Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.
Sosial şəbəkələrdə paylaş: