Şamil Fərzəliyevin xatirəsinə : Müasir Mətbuatımızın Sönməyən Çırağı Gürcüstan baş nazirinin müavini: “Azərbaycanın çətin vəziyyətdən çıxmasında maraqlıyıq” Əli Həsənov jurnalistlər üçün ikinci binada mənzil bölgüsü barədə iddialara cavab verib Azərbaycan prokurorlorı beynəlxalq tədbirdə iştirak ediblər
Qubada iki nəfəri maşın vurub AZAL keçirdiyi tenderin davamından imtina edib Kooperasiya Universitetindəki yanğın Almaniya Türkiyə ilə hərbi əməkdaşlığı adi rejimdə davam etdirir
Çində bina uçub: 5 ölü Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər Qızıl bazarı canlanır Qətər əmiri: “Ölkədə həyat öz axarı ilə davam edir”



» » Baş prokuror: "Casus şəbəkəsinin ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür"


Baş prokuror: "Casus şəbəkəsinin ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür"

6-06-2017, 14:05
Oxunma sayı: 111
Baş prokuror: "Casus şəbəkəsinin ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür""Bu casus şəbəkəsinin, cinayətkar qrupun ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür".

APA-nın məlumatına görə, bunu bu gün baş prokuror Zakir Qaralov bildirib.

Baş prokuror deyib ki, bu cinayət işinin ətrafında Azərbaycan Ordusuna ləkə vurmaq istəyən qüvvələr, bəzi KİV həqiqətə uyğun olmayan, dövlət təhlükəsizliyimizə xələl gətirən məlumatlar, məqalələr dərc etməkdədir: "Artıq 6 KİV-ə Baş Prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib. Bütün KİV-i bu məlumatları işıqlandırmaqdan çəkinməyə çağırıram. Azərbaycan müharibə şəraitindədir, heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycan Ordusuna, onun hərbi qüdrətinə, qeyrətli övladlarımıza ləkə vursun. İstənilən hallar mövcud ola bilər, ancaq dövlətin qurumları bunun qarşısını alıb. Dövlətimizin hərbi qüdrəti üçün bu gün hər hansı təhlükə yoxdur".
Sosial şəbəkələrdə paylaş: