Şamil Fərzəliyevin xatirəsinə : Müasir Mətbuatımızın Sönməyən Çırağı Gürcüstan baş nazirinin müavini: “Azərbaycanın çətin vəziyyətdən çıxmasında maraqlıyıq” Əli Həsənov jurnalistlər üçün ikinci binada mənzil bölgüsü barədə iddialara cavab verib Azərbaycan prokurorlorı beynəlxalq tədbirdə iştirak ediblər
Qubada iki nəfəri maşın vurub AZAL keçirdiyi tenderin davamından imtina edib Kooperasiya Universitetindəki yanğın Almaniya Türkiyə ilə hərbi əməkdaşlığı adi rejimdə davam etdirir
Çində bina uçub: 5 ölü Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər Qızıl bazarı canlanır Qətər əmiri: “Ölkədə həyat öz axarı ilə davam edir”



» » Putin və Qərb İrəvanın arxasından çəkilir – Bakıdan Ermənistana sarsıdıcı ZƏRBƏ


Putin və Qərb İrəvanın arxasından çəkilir – Bakıdan Ermənistana sarsıdıcı ZƏRBƏ

5-06-2017, 10:48
Oxunma sayı: 82
Putin və Qərb İrəvanın arxasından çəkilir – Bakıdan Ermənistana sarsıdıcı ZƏRBƏ
Qərbdə düşünürlər ki, Qarabağda müharibə olmayacaq, lakin reallıqda Azərbaycan ərazilərin azad olunması üçün güc yolunu əsas variant kimi saxlayır və ordunu bu istiqamətdə kökləyir”.

Bu barədə erməni politoloq İqor Muradyan deyib.

RESPUBLİK.İNFO xəbər verir ki,Onun sözlərinə görə, Ermənistan rəhbərliyi müharibənin təhlükəsini anlamır: “Siyasi rəhbərlik ümidlərini Rusiyaya və Moskvanın verdiyi silahlara bağlayıb. Bununla belə, orduda yüksək rütbəli zabitlər arasında Rusiyanın müharibədə erməniləri satacağı haqda müzakirələr gedir. Rusiya Azərbaycana silah satır, lakin İrəvan buna baxmayaraq, rusların dediyi ilə oturub-durur. Buna görə də beynəlxalq səhnədə də heç bir tərəfdaş tapa bilməmişik”.

Erməni politoloq qeyd edib ki, Ermənistan güclü şəkildə Rusiyadan asılıdır.

“Buna görə də müharibədə Qərb, xüsusilə də NATO heç bir dəstək verməyəcək. Qərbdə hesab edirlər ki, Rusiya Ermənistanın müttəfiqidir, buna görə də lazımi dəstək verəcək. Lakin reallıqda bu, belə deyil. Azərbaycan da bunu yaxşı anlayır və Ermənistana vuracağı zərbəyə Moskvanın səs çıxarmayacağını bilir”, - deyə o bildirib.

İ.Muradyan əlavə edib ki, müharibədə NATO Azərbaycana dəstək verə bilər: “Çünki Bakı İrəvandan fərqli olaraq, NATO ilə sıx əməkdaşlıq üçün qapısını daim açıq saxlayır. Bununla yanaşı, ən yaxın müttəfiqi olan Türkiyə NATO üzvüdür, həmçinin, Şimal Alyansının diqqət göstərdiyi Gürcüstanla sıx əlaqələri var. Bütün bunlar Bakının İrəvan üzərindəki üstünlükləridir. əgər müharibə olacaqsa, Ermənistan açıq şəkildə məğlub olacaq. Bunun səbəbi isə indiyə qədər erməni rəhbərliyinin Rusiyaya bel bağlayaraq, Qərbdən üz döndərməsidir”.

Erməni politoloq Qarabağda yaxın dövrlərdə ən azı lokal müharibənin baş verəcəyini hesab edir.(publika.az)
Sosial şəbəkələrdə paylaş: