Azərbaycanda ailələrə aylıq 10 manat veriləcək Ana onu qonşusu ilə yataqda tutan oğlunu yastıqla boğdu Xəbərlər Aygün Kazımova əməliyyatdan sonra o qədər arıqladı ki... - FOTOLAR “Buta Airways” AZAL-ın sərnişinlərindən əlavə pul aldı — RƏZİLLİK
“Narahat olsanız, olmasanız da nüvə enerjisini əldə edəcəyik” – Ərdoğan Xəbər 22/11/2017 12:57 Paylaş Twitter Facebook A+ A- “16 minlik maşını Azərbaycana gətirmək üçün 81 min rəsmi rüsum” – Şok gömrük qaydaları Bakıda antiradarların satışı ilə məşğul olan dəstə zərərsizləşdirilib "Atletiko" "Qarabağ"ı qrupda saxladı - YENİLƏNİB
Milyarder Süleyman Kərimov azadlığa buraxıldı Tbilisidə xüsusi əməliyyatı başa çatdı: terrorçular öldürüldü -FOTO Uşaqlara vurulan “mantu”: imtina edək? - Şərh Yeni başçının kimliyi ilə bağlı daha bir İDDİA - Belə deyirlər...



» » Bakı-Şamaxı yolu bağlandı: 500-dən çox maşın yolda qaldı


Bakı-Şamaxı yolu bağlandı: 500-dən çox maşın yolda qaldı

2-06-2017, 08:11
Oxunma sayı: 127
Bakı-Şamaxı yolu bağlandı: 500-dən çox maşın yolda qaldı
RESPUBLİK.İNFO xəbər verir ki, bu gün axşam saatlarında yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları Qobustan rayonu ərazisindən keçən magistral avtomobil yolunda nəqliyyatın hərəkətini dayandırıb. apa-nın yerli bürosunun xəbərinə görə, sel suları Bakı-Şamaxı avtomobil yolunun 76-cı kilometrliyində, Ceyrankeçməz dərəsi adlanan əraziyə toplanaraq orada gölün əmələ gəlməsinə və nəticədə magistral yolun bağlanmasına səbəb olub.

Çökək ərazidən keçən yol və oradakı körpünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün avtomobillərin hərəkəti tam məhdudlaşıb. Sel suları körpüyə ziyan vurub. Yol bir neçə saat bağlı qaldığı üçün Bakıdan Şamaxı istiqamətinə və əks tərəfə gedən 500-dən çox avtomobil yolda qalıb. Suda və lilin içində batıb qalan minik avtomobilləri xilas edilib. Əraziyə ağır texnikalar cəlb edilib, Ceyrankeçməz çayının yatağı lildən təmizlənib və sel sularının başqa əraziyə axıdılması təmin edilib.

Hazırda yol polisi əməkdaşları tərəfindən ərazidə avtomobillərin hərəkətinin bərpası üçün işlər davam etdirilir.
Sosial şəbəkələrdə paylaş: