Azərbaycanda ailələrə aylıq 10 manat veriləcək Ana onu qonşusu ilə yataqda tutan oğlunu yastıqla boğdu Xəbərlər Aygün Kazımova əməliyyatdan sonra o qədər arıqladı ki... - FOTOLAR “Buta Airways” AZAL-ın sərnişinlərindən əlavə pul aldı — RƏZİLLİK
“Narahat olsanız, olmasanız da nüvə enerjisini əldə edəcəyik” – Ərdoğan Xəbər 22/11/2017 12:57 Paylaş Twitter Facebook A+ A- “16 minlik maşını Azərbaycana gətirmək üçün 81 min rəsmi rüsum” – Şok gömrük qaydaları Bakıda antiradarların satışı ilə məşğul olan dəstə zərərsizləşdirilib "Atletiko" "Qarabağ"ı qrupda saxladı - YENİLƏNİB
Milyarder Süleyman Kərimov azadlığa buraxıldı Tbilisidə xüsusi əməliyyatı başa çatdı: terrorçular öldürüldü -FOTO Uşaqlara vurulan “mantu”: imtina edək? - Şərh Yeni başçının kimliyi ilə bağlı daha bir İDDİA - Belə deyirlər...



» » Hamıya yük olan informasiya


Hamıya yük olan informasiya

1-06-2017, 08:37
Oxunma sayı: 109
Hamıya yük olan informasiyaSon zamanlar informasiya yükünün qıtlığından çox şikayət olunur. Bir sıra çatışmazlıqların bu qıtlıqdan qaynaqlandığı deyilir.

Bəs informasiya yükü nədir? PR-çı və jurnalist üçün onun fərqi varmı?

Bu suallarla bir neçə qələm sahibinə üz tutduq.

Əməkdar jurnalist, professor Nəsir Əhmədliyə görə, informasiya müəyyən, yəni oxucunun (dinləyicinin, tamaşaçının) qavraya biləcəyi formaya salınmış, onun üçün önəmli olan məlumatdır. Hər bir materialın öz məzmununa uyğun informasiya yükü olur. Yükün miqdarı auditoriyanın informasiyaya olan ehtiyacını nəzərə almaqla müəyyənləşməlidir. Hər bir sahədə olduğu kimi, burada da müəyyən doza olmalıdır. Azı da zərərlidir (informasiya aclığı), çoxu da (informasiya ifratçılığı).

PR ilə jurnalistika arasındakı fərqdən danışarkən N.Əhmədli deyir ki, PR ayrı-ayrı müəssisələrlə (təşkilatlarla) ictimaiyyət arasında əlaqə yaradan qurumdur. PR mütəxəssisləri bir çox vasitələrdən, o cümlədən mediadan bəhrələnməklə öz müəssisələrinin uğur qazanmasına çalışırlar.

Professora görə, Azərbaycanın ictimaiyyətlə əlaqələrdə dünya ilə ayaqlaşa bilmir. Onun fikrincə, bunun bir səbəbi bu sahənin bizim üçün yeni olması, digər səbəbi isə bizdəki ictimai münasibətlərin mükəmməl olmamasıdır: “Bizdə bu işi, əsasən, mətbuat xidmətləri görür. Onlar da çox vaxt formal xarakter daşıyır”.

Maraqlı ola bilər: PR, yoxsa rüşvət?

Jurnalist İlqar Rəsulun fikrincə, ətrafımızda gözlə görünən və görünməyən hər şey informasiya yükünə malikdir: “Hava, su, torpaq, daş və s. hamısı özündə informasiya daşıyır. İnformasiya yükü məfhumun mahiyyətini ifadə edən başlıca amildir. Məsələn, daş haradan əmələ gəlib, tərkibi nədən ibarətdir, ondan hansı məqsədlər üçün istifadə etmək olar və s. Konkret olaraq jurnalistikaya gəlincə, informasiya yükü onun bütün janrlarının əsasını təşkilidir. İstənilən jurnalistika məhsulunun taleyi onun informasiya yükündən asılıdır. Xəbər, reportaj, müsahibə və digər bütün janrlarda işlənən materialın əhəmiyyəti və dəyəri onun informasiya yükünə görə müəyyən edilir. Ancaq bununla belə informasiya yükündən danışarkən heç şübhəsiz ki, ilk olaraq ağlımıza gələn xəbər olur. Xəbər bütövlükdə informasiya yükündən ibarət janrdır. Müasir dünyada həyatın bütün sahələri məhz zamanında əldə edilən informasiyanın hesabına inkişaf edir. Belə xəbərlər informasiya yükünə görə dəyərli olurlar. Amerikalılar “xəbər” deyəndə “fərdin öz vaxtını və pulunu verməyə hazır olduğu vasitə”ni nəzərdə tuturlar. Heç şübhəsiz ki, burada söhbət ciddi informasiya yükünə malik olan xəbərdən gedir”.

Bu sahədəki problemlərə də toxunan İ.Rəsul qeyd edir ki, bizim mətbuatda yayılan xəbərlərdə informasiya yükü əksər hallarda ya yox dərəcəsindədir, ya da fərdin vaxtını və pulunu sərf edəcək dəyərdə deyil: “Bunun əlbəttə ki, bir sıra obyektiv səbəbləri də var. Ölkədə cəmiyyəti maraqlandıra biləcək informasiya yüklü siyasi hadisələr olmadığı üçün mətbuat daha çox kriminal, şou xəbərlərinə üstünlük verir. Bu xəbərlərin informasiya yükü isə cəmiyyət üçün elə bir əhəmiyyət kəsb etmir.

Jurnalistika ilə PR-ın fərqinə də diqqət çəkən həmsöhbətimiz jurnalistikanın əsas qayəsinin cəmiyyəti tərəfsiz, qərəzsiz, operatif məlumatlandırmaq olduğunu bildirir (baxmayaraq ki, əksi də olur). “PR-ın məqsədi isə, konkret bir obyektin cəmiyyətə nəzərdə tutulan şəkildə təqdim edilməsinə nail olmaqdır. Jurnalistika ilə müqaisədə ictimaiyyətlə əlaqər sahəsi subyektiv maraqlara xidmət edir və fəaliyyət baxımından məhdud çərçivədir”.

Maraqlı ola bilər: PR-çı hadisə yaradır, jurnalist isə hadisələri işıqlandırır

Jurnalist Züleyxa Nadir hesab edir ki, informasiya cəmiyyətin varlığından doğan bir vasitədir. Əgər cəmiyyətdə informasiya doğuracaq hadisələr baş verirsə, bu məhz informasiya yüküdür. Həmin yükün istehsalı, saxlanması və cəmiyyətə ötürülməsi ilə birbaşa informasiya texnologiyası məşğul olur. Həmin texnologiya ictimai-siyasi əhəmiyyət kəsb edən informasiyanı cəmiyyətə çatdırır. İnformasiyanın yükü də məhz budur.

Z.Nadir hesab edir ki, bu gün informasiya ötürülməsi prosesi çox bəcit və ucuz formada yerinə yetirilir: “İnformasiya böhranı və onun ötürülməsi, həmçinin də informasiyanın bolluğu, yaxud da qıtlığı birbaşa cəmiyyətə bağlıdır. Bu təkcə informasiya yükünün problemi deyil, həm də cəmiyyətin problemidir. Ailə-məişət hadisələri, yaxud da cəmiyyətin alt qatında cürümüş gərəksiz məsələlər ictimai əhəmiyyətli hadisə kimi mediada çoxluq təşkil edir. Bu da insanların mənəvi-psixoloji durumunun korroziyaya uğramasına təsir edir. Bu cür informasiya istehsalı nə jurnalistikadır, nə də ki PR”.

Müsahibimiz jurnalistikanın informasiyanı cəmiyyətin bütün təbəqələrinə ötürməklə birbaşa əhalinin maariflənməsinə, PR-ın isə ictimaiyyətlə dövlət qurumları, eləcə də digər özəl təşkilatlar arasında qarşılıqlı əlaqənin və münasibətin qurulmasına xidmət etdiyini hesab edir.

Z.Nadir düşünür ki, ölkəmizdə hələ PR siyasəti və texnologiyalarının mexanmizmi tam olaraq işlənməyib: “Çoxları hələ də PR-in nə olduğunu bilmir. Dünyanın inkişaf etmiş ölkələrindən fərqli olaraq Azərbaycanda bu sahədə nə öyrədən qurum, nə də öyrənən var. Təcrübəsi və biliyi olmayanlar da nəsə etməyə cəhd edirlər. Ona görə də bu sahədə hələlik xaos var”.

Maraqlı ola bilər: Rənginizə fikir verin

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu düşünür ki, istənilən maraqlı yazının informasiya yükü olmalıdır və tərsinə informasiya yükü olan yazı araşdırıla bilər. Ancaq informasiya dəqiq olmalıdır. Təəssüf ki, hazırda informasiya məkanında kirlilik var. Hansısa xəbər saytlarda yayılır və bu xəbərin əsasında şərhlər yazılır, sonra isə bəlli olur ki, həmin xəbər həqiqəti əks etdirmir. Bu ikiqat təhlükəlidir. Birinci təhlükə təsdiqini tapmayan informasiyanın yayılmasıdır, ikinci təhlükə yanlış informasiya əsasında şərhin yazılmasıdır. Azərbaycan müharibə şəraitindədir və işğalçı ölkə dezinformasiyalar yayır. Həmin dezinformasiyaların Azərbaycanın informasiya məkanında yer almasına imkan vermək olmaz. Çünki müharibə informasiya müstəvəsində də gedir.

E.Şahinoğlu jurnalistika ilə PR arasında bağlılığın olduğunu qeyd edir: “Böyük ölçüdə həri ikisinin hədəf dairəsi eynidir. Jurnalistika böyük kütləyə çıxış yolları axtarır, PR-ın da məqsədi eynidir. Hər bir jurnalist yazdığı informasiyanın və reportajın daha geniş dairədə oxunmasını istəyir. PR-la məşğul olanlar da müəyyən obyektin və ya subyektin daha geniş məkanda tanınmasına çalışırlar. Azərbaycan həm jurnalistikanın, həm də PR-la məşğul olunların geniş dairəyə çıxmaq imkanları var. İnternet və sosial şəbəkələr bu imkanları daha da genişləndirib”

Maraqlı ola bilər: Jurnalistlər sizin tədbirə niyə gəlmir?

Proloq.az
Sosial şəbəkələrdə paylaş: