Azərbaycanda ailələrə aylıq 10 manat veriləcək Ana onu qonşusu ilə yataqda tutan oğlunu yastıqla boğdu Xəbərlər Aygün Kazımova əməliyyatdan sonra o qədər arıqladı ki... - FOTOLAR “Buta Airways” AZAL-ın sərnişinlərindən əlavə pul aldı — RƏZİLLİK
“Narahat olsanız, olmasanız da nüvə enerjisini əldə edəcəyik” – Ərdoğan Xəbər 22/11/2017 12:57 Paylaş Twitter Facebook A+ A- “16 minlik maşını Azərbaycana gətirmək üçün 81 min rəsmi rüsum” – Şok gömrük qaydaları Bakıda antiradarların satışı ilə məşğul olan dəstə zərərsizləşdirilib "Atletiko" "Qarabağ"ı qrupda saxladı - YENİLƏNİB
Milyarder Süleyman Kərimov azadlığa buraxıldı Tbilisidə xüsusi əməliyyatı başa çatdı: terrorçular öldürüldü -FOTO Uşaqlara vurulan “mantu”: imtina edək? - Şərh Yeni başçının kimliyi ilə bağlı daha bir İDDİA - Belə deyirlər...



» » Tanınmış simalardan kimlər oruc tutur?


Tanınmış simalardan kimlər oruc tutur?

1-06-2017, 08:35
Oxunma sayı: 98
Tanınmış simalardan kimlər oruc tutur?Bəzi siyasətçilər səhhəti səbəbindən Ramazanın gözəlliyini yaşaya bilmirlər
Artıq bir neçə gündür ki, İslam dünyası Ramazan günlərini yaşayır. Əksəriyyət müsəlmanlar bu günlərdə oruc tutur, dualar edir. Hətta dinlə məşğul olmayanlar belə Ramazan boyunca oruc tutmağa, şərtlərə əməl etməyə çalışır.

Maraqlıdır, bəs siyasətçilərdən kimlər oruc tutur?

Deputat Fazil Mustafa uzun illərdir ki, davamlı olaraq oruc tutan siyasətçilərdən biridir.

Zahid Oruc isə bu il də oruc tutmayan siyasilərin siyahısına daxildir. “Yeni Müsavat”a danışan deputat oruc tutmamasının səbəbini bu cür açıqladı:


“Oruc tutmuram. Doğrusu, bu məsələlər üzərindən insanın öz seçimini etməsini, o ilahi duyğunu öz içərisində yaşamasını, qəlbən bunu həyata keçirməsinin tərəfində olanlardanam. Orucluq təkcə ayin deyil, özünü ac saxlamaqla kasıbların durumunu hiss etməklə gərək dinə gələsən. Orucluq qulaqdan və gözdən başlayıb fiziki və mənəvi təmizliyi hədəf edir və bu anlamda hər il cəmiyyətdə oruc tutanların hesabına ədalət, mürvət, iman, inam hissi, qarşılıqlı anlaşma və sairə artmalıdır. Mən həmişə orucluğa bu cür fəlsəfə ilə yanaşmışam.

Açığı, bəzən media qarşısında familiyamın Oruc olması ilə bağlı bir qədər sıxıntı yaşayıram. Yəqin ki, bunu doğrultmaq üçün faktiki qeyd olunan zahiri etiketi yerinə yetirməliyəm ki, onlar da rahat qalsınlar, mən də. Sözün düzü, sırf işlərimin çoxluğundan oruc tuta bilmirəm. Məsələn, bu il orucluq başlayan gün mən Türkiyədə səfərdə idim. Çevrəmdə olan çox insan oruc tutur, onlara hörmətlə, anlayışla yanaşıram, çalışıram ki, onlarla bölüşəm və onların savabından hər birimizə pay düşsün".


Ümid Partiyasının sədri İqbal Ağazadə də oruc tutmadığını bildirdi: “Bu dönəmdə dərman qəbul etmək məcburiyyətində qaldığımdan oruc tutmuram. Lakin əvvəllər oruc tutduğum vaxtlar olub”.

AG Partiya sədri Tural Abbaslı hər il olduğu kimi, bu il də oruc tutduğunu bildirdi:

“Bu bizim dinimizin gərəyidir. Yəni İslamın 5 əsas şərtindən biri də oruc ibadətidir. Biz də bir müsəlman kimi bu ibadətimizi icra etməyə çalışırıq. Nəinki mən, AĞ Partiya rəhbərliyinin böyük əksəriyyəti oruc tutur. Ümumiyyətlə, fikir versəniz siz də müşahidə edərsiniz ki, ildən-ilə oruc tutan insanların sayı artır. Bunu çox müsbət hal kimi qiymətləndirirəm. Hələ nəzərə alsaq ki, müasir dünyada mənəvi dəyərlər nə qədər deqradasiyaya uğrayıb və bunun nəticəsində qəddarlıq, zalımlıq artıb, o zaman Azərbaycanda milli-mənəvi, dini dəyərlərə insanların bu dönüşü çox müsbətdir. Fürsətdən istifadə edib bu müqəddəs ayda Allahın əmrini icra edərək oruc tutmuş bütün müsəlman bacı-qardaşlarımızın ibadətlərinin, dualarının və oruclarının qəbulunu diləyirəm”.

ADP sədri Sərdar Cəlaloğlu da oruc tutduğunu qeyd etdi: “Bəli, Allahın əmrini yerinə yetirib, oruc tutmuşam. Artıq 2-3 ildir ki, ardıcıl olaraq oruc tuturam. İlk günlərdə halsızlıq, baş ağrıları olsa da, bunlar boş şeylərdir, orucuma davam edirəm”.

Xalidə GƏRAY
Sosial şəbəkələrdə paylaş: