"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır" Hərbi xidmətlə bağlı daha bir — DƏYİŞİKLİK Bürclər – 17 Oktyabr Bakıda qadın paltarı geyinmiş “kişi”lər yürüş keçirdilər — VİDEO (18+)
Güclü sel bağları yuyub apardı – Azərbaycanda təbii fəlakət - Video 22 manatlıq nömrə necə 10000 manata satılır? Bürclər-16 Oktyabr Bürclər – 15 oktyabr
Sərnişin avtobusu qəzaya uğradı Bakıda “vor zakon” Toma yaşadıqları evi sakinlərin başına uçurur - FOTOLAR Ucar rayonunda təlim keçirildi. Yeni ictimai birlik fəaliyyətə başladı



» » Şuranın dəstəklədiyi layihə çərçivəsində ikinci təlim baş tutub


Şuranın dəstəklədiyi layihə çərçivəsində ikinci təlim baş tutub

30-05-2017, 19:19
Oxunma sayı: 293
Şuranın dəstəklədiyi layihə çərçivəsində ikinci təlim baş tutub
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, "Regionlarda Ekoloji Tarazlığın Tənzimlənməsi" İctimai Birliyinin təşkilatçılığı ilə Ucar rayonunda “Öz evində tənha yaşayan ahıl və əlil insanlara könüllülər vasitəsilə sosial xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində 2-ci təlim keçirilib.

qhtxeber.az-a daxil olan məlumata görə, layihənin məqsədi çətin şəraitdə öz evində tək yaşayan ahıl insanlara könüllülərlə birgə sosial xidmətin təşkili və onların (könüllülər və ahıl insanlar) bu sahədə bilik və bacarıqlarının artırılması ilə yanaşı, bu istiqamətdə aparılan dövlət siyasətinə dəstək olmaqdır.
Ucar rayonunda keçirilən görüşlərdə könüllülük fəaliyyətinə maraq göstərən gənclər, təhsil və mədəniyyət işçiləri, QHT üzvləri, DSMF-nin Ucar şöbəsinin işçiləri və dəstək olan yerli icra hakimiyyəti və rayon Gənclər və İdman idarələrinin nümayəndələri iştirak ediblər.

Layihə çərçivəsində iştirakçı gənclərə “Sosial Xidmətlər Haqqında Azərbaycan Respublikasının Qanunu”, "Könüllü Fəaliyyəti Haqqında Azərbaycan Respublikasının Qanunu", "Könüllülüklə bağlı beynəlxalq təcrübə" mövzusunda təlimlər keçirilib, onlara “Sosial xidmətlər sahəsində QHT-lərin təcrübəsi, Könüllülüyün gənclərin inkişafında və gələcək karyerada uğuru” və onların təklif etdiyi xidmətlər haqqında məlumatlar verilib.

Təlim Ucar rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov tərəfindən aparılıb. Aparılan interaktiv təlimdə gənclər aktiv iştirak ediblər.
Şuranın dəstəklədiyi layihə çərçivəsində ikinci təlim baş tutub
Sosial şəbəkələrdə paylaş: