Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb. Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!"
Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının seçkiqabağı təbliğat-təşviqat kompaniyasının 06 fevral tarixindən başa çatıb 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının (Həsənov Nəsimi Novruz oğlu) seçkiqabağı təbliğat-təşviqat kompaniyası artıq 06 fevral tarixindən başa çatmışdır. 91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədovun görüşünə yüzlərlə seçici gəlib-FOTO Bəzi "məmurlar" anlamalıdırlar ki, xalqın gözü tərəzidir – Deputatlığa namizəd
91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədov seçicilərlə növbəti görüşünü keçirib. Azərbaycan Vətəndaş Hərəkatının növbədənkənar parlament seçkiləri ilə bağlı BƏYANATI Bərdə şəhərində 2 fevral "Gənclər Günü"nə həsr olunmuş açıq rayon birinciliyi keçirilib Sumqayıtda “Gənci-Nihan mənəm” layihəsinə yekun vuruldu



» » Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatı keçirilib - FOTO


Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatı keçirilib - FOTO

12-03-2017, 21:18
Oxunma sayı: 879
Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatı keçirilib - FOTO

Bu gün Şağan Olimpiya İdman Mərkəzində alpaqut üzrə 3-cü Azərbaycan Çemoionatının rəsmi açılış mərasimi keçirilib. Respublika.info xəbər verir ki, aşılışa qatılan fəxri qonaqlar sırasında millət vəkilləri Qənirə Paşayeva, Adil Əliyev, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova, Dünya Alpaqut Federasiyasının fəxri prezidenti Fərid Əlizadə, Azərbaycan Kapoeyra Federsiyasının prezidenti Taleh Orucov, Ramil Səfərov, boks üzrə dünya çempionu Fərhad Acalov, kikboksinq üzrə dünya çempionu Ramal Aslanov və digər tanınmış idmançılar, ictimai xadimlər yer alıblar.
Giriş sözü ilə çıxış edən Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov əvvəlki illərə nisbətən bu çempionatın daha çox azarkeş toplamasından məmnunluğunu dilə gətirib: "Bu il bölgələrimizdən qatılan idmançıların sayında artım çoxdur. Düz 30 bölgəmizdən 270 idmançının yarışlara qatılması uğurlu nəticədir. Alpaqutun bir idman növü olaraq inkişaf etməsi, bütün regionlarımızda rəğbət görməsi bizi çox sevindirir. Ölkə başçısı cənab İlham Əliyevin də Azərbaycan idmanının inkişafına göstərdiyi yüksək qayğının nəticəsidir ki, günbəgün daha böyük nəaliyyətlərə imza atırıq".
Daha sonra çıxış edən millət vəkili, eyni zamanda Dünya Alpaqut Federasiyasının 1-ci vitse-prezidenti Qənirə Paşayeva türkün qədim döyüş sənəti olan alpaqutun müharibə şəraitində yaşayan ölkəmizdə inkişafının önəmini vurğulayıb. Bu idman növünü inkişaf etdirməklə tariximizə, keçmişimizə sahib çıxdığımızı söyləyib.
Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev isə çıxışında hər kəsi milli idman növü olan alpaqutun inkişafına dəstək olmağa çağırıb.
Alpaqut idman növünün yaradıcısı, Kutsan Vasif Namazov isə çıxışında bu idman növünün dünyada yayılmasından və inkişafından söz açıb.
Daxili İşlər Nazirliyinin alpaqut bölməsinin idmançılarının nümunəvi çıxışlarından sonra tədbirin bədii hissəsinə yer verilib. Tanınmış aparıcılar - aktrisa Cəmilə Tağızadə və şairə Günel Günün təqdimatı ilə çıxış edən musiqili qonaqlar Səyyad Əlizadə, Samirə Allahverdiyeva, əməkdar artist Aqşin Abdullayev, Nuray Rəhman,İlqar Sadiqov və digər incəsənət xadimləri ifaları ilə tədbirə rəng qatıblar.
Tədbirdə alpaqut idman növünün inkişafında və təbliğində əməyi keçən insanlar, o cümlədən media mənsubları fəxri diplomlarla təltif olunublar.
Rəsmi və bədii hissələrdən sonra 8-18 yaşlılar və böyüklər müxtəlif çəki dərəcələrində birincilik uğrunda güclərini sınayıblar. 30 bölgdən qatılan 370 idmançı Aypara, Batur və Caymaz növləri üzrə yarışıblar.
Aypara sistemi üzrə 1-ci yerin qalibi Suraxanı rayonun "Mübariz alp" klubu olub, 2-ci yerdə Ağdam rayon komandası, 3-cü yerdə isə Abşeron rayon komandası qərarlaşıblar. Batur sistemi üzrə yarışlarda isə "Dinamo" klubu 1-ci pillədə yer alıb. 2-ci və 3-cü yerləri isə müfafiq olaraq Abşeron və Neftçala komondaları bölüşüblər.
Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatında Cagmaz sistemində keçirilinən oyunlarda isə Neftçala komandası 1-ciliyi qazanıb. Bu sistem üzrə 2-ci pillədə Qaradağ, 3-cü pillədə isə Kürdəmir rayonunun idmançıları qalib olublar.


Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatı keçirilib - FOTO
Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatı keçirilib - FOTO
Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatı keçirilib - FOTO
Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatı keçirilib - FOTO
Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatı keçirilib - FOTO
Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatı keçirilib - FOTO
Sosial şəbəkələrdə paylaş: