“www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə çatdırılıb Prezident İlham Əliyev Bakıda yeni salınan yolun açılışında iştirak edib Rusiya ABŞ-dakı səfirini dəyişir Bakının müharibə hazırlıqları
İlham Əliyev Rusiya baş nazirinin müavinini qəbul edib Bir qrup hərbçiyə polkovnik rütbəsi verildi Universitetlərdə təhsil haqqı artacaqmı ? Lerikdə bədbəxt hadisə
Moskvadan İrəvana gedən avtobus aşdı Bakıda arvad ərini döyüb xəstəxanalıq etdi Rusiyada qəzada Fransa vətəndaşları ölüb Maşında ölü tapılan sevgililərlə bağlı təfərrüat - Qadın evli imiş



» » Bayram yarmarkalarında hansı məhsullar satılmalıdır? - RƏSMİ AÇIQLAMA


Bayram yarmarkalarında hansı məhsullar satılmalıdır? - RƏSMİ AÇIQLAMA

10-03-2017, 21:18
Oxunma sayı: 198
Bayram yarmarkalarında hansı məhsullar satılmalıdır? - RƏSMİ AÇIQLAMA

Paytaxtda bayram yarmarkaları üçün quraşdırılan çadırlar bir neçə gündür fəaliyyətə başlayıb. Əsasən, metro stansiyalarının yaxınlığında quraşdırılan çadırlar bayram məhsullarının - səməni, qoz-fındıq, müxtəlif çərəzlərin, bayram şirniyyatlarının satılması üçün nəzərdə tutulub. Bu çadırların fəaliyyətində əsas məqsəd bayram məhsullarının əhaliyə nisbətən ucuz qiymətə satılmasıdır.

Lakin bəzi çadırlarda, demək olar, Novruz bayramına aid heç bir məhsul satılmır. Məsələn, metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında quraşdırılan yarmarka çadırında satılanlar heç gündəlik tələbat malları da deyil. Burada əsasən qab-qacaq, müxtəlif növ güllər, oyuncaqlar, hədiyyələr satılır.

Çadırın Novruz bayramı yarmarkası olduğunu təsdiqləyən yeganə məhsulun - səməninin qiymətinə gəlincə, bazarlarda 50 qəpiyə satılan kiçik ölçülü səməni bu bazar çadırında 1 manata, nisbətən böyük ölçülü səməni isə 2 manata satılır.

Respublika.info xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bu cür hallarla bağlı təmsil etdiyi qurumun mübarizə apardığını bildirib.

Onun sözlərinə görə, həmin yarmarka çadırlarında bayram məhsullarından başqa malların satılması qadağandır:

"Bu məsələ ilə bağlı departament rəhbərliyi tapşırıq verib və həmin çadırlara da nəzarət edilir. Bu çadırları quraşdırmaqda məqsəd odur ki, Novruz ərəfəsində əhali bayram ədviyyatlarını, çərəzləri, bayram atributlarını nisbətən ucuz qiymətə alsın. Yəni bazarda satılan hər hansısa bir çərəz bu yarmarkalarda, məsələn, 2 manat ucuz satılmalıdır ki, əhali də bundan razı qalsın".

Ə.Bağırov bildirib ki, məsələ ilə bağlı departament tərəfindən araşdırma aparılacaq və ölçü götürüləcək.
Sosial şəbəkələrdə paylaş: