Dedilərki efirə çıxsan səni bıçaqlayacıq: Parodistdən ŞOK AÇIQLAMA - VİDEO “WhatsApp”dan istifadə məhdudlaşdırılır AZƏRBAYCANDA QADIN NAZİR TƏYİN OLUNDU “Bakcell”in “AppLab” proqramının məzunlarından - YENİLİK
Bakı məktəbində dəhşətli hadisə: 1-ci sinif şagirdi zorlandı, valideynlər aksiya keçirdi – Foto Azərbaycan və Türkiyə dollardan İMTİNA EDİR Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
Misirdə 36 nəfərə ölüm cəzası verilib Lənkəranda 60 yaşlı qadını döydülər Yardımlıda kütləvi dava: ölən var GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI



» » Serj Sərkisyan: “Müharibə sabah da başlaya bilər...”


Serj Sərkisyan: “Müharibə sabah da başlaya bilər...”

8-03-2017, 20:36
Oxunma sayı: 293
Serj Sərkisyan: “Müharibə sabah da başlaya bilər...”

Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan "France Press" agentliyinə müsahibəsində Paris, Moskva və Vaşinqtonu "Azərbaycanı müharibəyə başlamaqdan çəkindirməyə" çağırıb.

Respublika.info virtualaz.org-a istinadən bildirir ki, Sərkisyan Qarabağda müharibə təhlükəsinin qaldığını deyib. "Çünki Azərbaycan münaqişənin hərbi yolla həllinin mümkün olmadığına hələ əmin olmayıb" - Sərkisyan deyib.

Ermənistan prezidentinin sözlərinə görə, erməni ictimai şurunda hərbi əməliyyatların başlaması "zaman məsələsidir", ola bilsin bir neçə həftə və ya ayın məsələsidir. "Ona görə də silahlı qüvvələrin baş komandanı və müdafiə naziri günü sabah başlaya biləcək müharibəyə hazır olmalıdır" - Sərkisyan bildirib. Bununla belə Ermənistan dövlət başçısı əlavə edib ki, hərbi əməliyyatların bərpasının yaxın gələcəyin məsələsi olduğuna inanmır, ancaq heç nəyi istisna etmir.

Sərkisyan Rusiyanın Azərbaycana milyardlarla dollarlıq silah satmasını "ağrılı qarşıladıqlarını" da bildirib. "Biz bundan təəssüflənirik, çünki Rusiya bizim strateji müttəfiqimizdir" - o deyib.
Sosial şəbəkələrdə paylaş: