Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir? Zona yarışının ilk mərhələsi icrasına başlanmışdır. Bakıda ağır qəza:avtomobil iki yerə bölünüb “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi.
Fəlsəfə “bazarı”,cari Allahlar və iblis. QHT layihəyə uğurla yekun vurdu QHT yeni layihənin icrasına başlayıb. Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində“Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə” layihəsinin bağlanış mərasimi keçirildi.
Yevlax rayonunun iki kəndi təbii qazla təmin olundu. “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Polşa Səfirliyində davam etdi. “Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil”



» » Aralıq dənizi pəhrizi süd vəzisi xərçənginin qarşısını alır


Aralıq dənizi pəhrizi süd vəzisi xərçənginin qarşısını alır

8-03-2017, 19:24
Oxunma sayı: 329
Aralıq dənizi pəhrizi süd vəzisi xərçənginin qarşısını alır

Niderlandın Maastrixt Universitetindən olan alimlər bildirirlər ki, tərəvəz, qoz-fındıq, balıq və zeytun yağı ilə zəngin olan Aralıq dənizi pəhrizi süd vəzisi xərçənginin ən ağır formasının yaranma riskini 40 faiz azaldır.

Respublika.info AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislər ət və şirniyyat yeməyi minimuma endirən bu cür qida rasionunun qadınlarda HER2-neqativ süd vəzisi xərçənginin yaranma ehtimalını xeyli azaltmasını müəyyənləşdiriblər. Xərçəngin bu növü çox vaxt ölümlə nəticələnir.

Ekspertlər tədqiqat zamanı 20 yaşdan yuxarı 62 min qadını müşahidə ediblər və bu nəticəyə gəliblər ki, Aralıq dənizi pəhrizini saxlamaq zərif cinsin nümayəndələrini süd vəzisi xərçəngindən qoruyub. Tibb işçilərinin fikrincə, süd vəzisi xərçəngi o qədər yayılıb ki, onun profilaktikasını xəstəliyin azaldılmasında mühüm amil hesab etmək olar. Profilaktikada isə düzgün qidalanma vacib şərtdir.

Aralıq dənizi pəhrizinə çoxlu meyvə-tərəvəz, yarma məhsulları, paxla, ləpə və zeytun yağı kimi faydalı monodoymamış yağlar daxildir. Bu zaman rafinadlaşdırılmış qənd və doymuş yağlardan istifadə etmək minimuma endirilir.
Sosial şəbəkələrdə paylaş: