“www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə çatdırılıb Prezident İlham Əliyev Bakıda yeni salınan yolun açılışında iştirak edib Rusiya ABŞ-dakı səfirini dəyişir Bakının müharibə hazırlıqları
İlham Əliyev Rusiya baş nazirinin müavinini qəbul edib Bir qrup hərbçiyə polkovnik rütbəsi verildi Universitetlərdə təhsil haqqı artacaqmı ? Lerikdə bədbəxt hadisə
Moskvadan İrəvana gedən avtobus aşdı Bakıda arvad ərini döyüb xəstəxanalıq etdi Rusiyada qəzada Fransa vətəndaşları ölüb Maşında ölü tapılan sevgililərlə bağlı təfərrüat - Qadın evli imiş



» » Azərbaycanlı idmançı ilə döyüşdə erməni QOVULDU


Azərbaycanlı idmançı ilə döyüşdə erməni QOVULDU

25-02-2017, 19:59
Oxunma sayı: 1248
Azərbaycanlı idmançı ilə döyüşdə erməni QOVULDU

"Fight Nigts Global" şirkəti Azərbaycan təmsilçisi Elnar İbrahimovla döyüşdən sonra təxribata yol verən erməni döyüşçü Vartan Asatryanla müqaviləni pozub.

Respublika.info "Report"a istinadən bildirir ki, bununla bağlı Asatryana rəsmi bildiriş göndərilib.
Onun qovulmasına səbəb kimi geyimində siyasi məzmunlu simvoldan istifadə etməklə etik normaların pozulması göstərilib. Şirkət bildirir ki, döyüşçülərin müqavilələrində bu məsələyə dair bəndlər var:
"Anlaşmada həmin bəndlərə mütləq əməl olunması tələbi əksini tapıb".
Qeyd edək ki, Krasnodarda yaşayan Vartan Asatryan Elnar İbrahimovla döyüşə üzərində Rusiya və Ermənistanla yanaşı, qondarma Dağlıq Qarabağ Respublikasının bayraqlarının əks olunduğu şortiklə çıxıb. Həmin şortikdə həm də qondarma erməni soyqırımından bəhs edən təsvir olub. Asatryan İbrahimovu məğlub etdikdən sonra isə rinqdə qondarma qurumun bayrağını nümayiş etdirib.
Sosial şəbəkələrdə paylaş: