Bakıda yol polisini vurmaq istəyən "avtoş" tutuldu Dünya prezidentlərinin son model maşınları (Fotolar) “Ailə TV”nin ofisinə silahlı basqın edən şəxs tutulub - YENİLƏNİB Aydın Bəşirov vəzifəyə təyin olunması xəbərindən danışdı: “Kəmaləddin Heydərovla dostam”
İcra Hakimiyyəti QHT-nin tədbirinə əngəl oldu! -Bəzi xırda məmurlar sabotajla məşğuldur Marketlərdə içməli su qıtlığı yaranıb Azərbaycanda təşkilat sədri: “Mən azan səsi eşitmək istəmirəm” Hacıqabulda kriminal avtoritetlər tutuldu
Lənkəranski haqqında ŞOK: "Xüsusi təyinatlılarla əməliyyatda olub, qızlarımızı xilas edib" (VİDEO) Ziya Məmmədovun adı növbəti beynəlxalq rüşvət qalmaqalında - həbs təhlükəsi Tənha yaşayan ahıl və əlil insanlara könüllülər vasitəsilə sosial xidmətlərin göstərilməsi” layihəsi uğurla başa çatıb Şəbnəm Tapdıq Azərbaycanı tərk etdi



» » Agenti Balotellinin dilini kəsəcəyinə söz verib


Agenti Balotellinin dilini kəsəcəyinə söz verib

24-02-2017, 20:17
Oxunma sayı: 213
Agenti Balotellinin dilini kəsəcəyinə söz verib


Fransanın "Nitsa" klubunun futbolçusu Mario Balotelli 2 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Respublika.info xəbər verir ki, buna 27 yaşlı hücumçunun Liqa 1-in XXVI turunda "Loryan"la oyun zamanı qırmızı vərəqə alması səbəb olub.

İtaliyalı forvard görüşün 68-ci dəqiqəsində hakimi söydüyü üçün cəzalanıb. Bu, Balotellinin cari mövsümdə üçüncü qırmızı vərəqəsi olub. İntizam Komitəsinin qərarına əsasən, o, qarşıdakı oyunu buraxmalı olacaq. Balotelli yenidən qovulsa, şərti cəzası da işə düşəcək və qalmaqallı futbolçu avtomatik olaraq, daha 2 matçı buraxacaq.

Agenti Mino Rayola isə yenidən qovulacağı halda, "Super Mario"nun dilini kəsəcəyini açıqlayıb: "Mən qərarımı vermişəm. Sadəcə, onun dilini kəsəcəyəm. Bu halda Mario özünə heç cür haqq qazandıra bilməyəcək. Ciddiyyətə qalsa, o, böyük səhvə yol verdiyini anlayır və deməyə sözü yoxdur".
Qeyd edək ki, Mario Balotelli "Nitsa"ya 2016-cı ilin yayında keçib. Bu mövsüm forvard 14 oyuna 9 qol vurub.


Report
Sosial şəbəkələrdə paylaş: