Bakıda yol polisini vurmaq istəyən "avtoş" tutuldu Dünya prezidentlərinin son model maşınları (Fotolar) “Ailə TV”nin ofisinə silahlı basqın edən şəxs tutulub - YENİLƏNİB Aydın Bəşirov vəzifəyə təyin olunması xəbərindən danışdı: “Kəmaləddin Heydərovla dostam”
İcra Hakimiyyəti QHT-nin tədbirinə əngəl oldu! -Bəzi xırda məmurlar sabotajla məşğuldur Marketlərdə içməli su qıtlığı yaranıb Azərbaycanda təşkilat sədri: “Mən azan səsi eşitmək istəmirəm” Hacıqabulda kriminal avtoritetlər tutuldu
Lənkəranski haqqında ŞOK: "Xüsusi təyinatlılarla əməliyyatda olub, qızlarımızı xilas edib" (VİDEO) Ziya Məmmədovun adı növbəti beynəlxalq rüşvət qalmaqalında - həbs təhlükəsi Tənha yaşayan ahıl və əlil insanlara könüllülər vasitəsilə sosial xidmətlərin göstərilməsi” layihəsi uğurla başa çatıb Şəbnəm Tapdıq Azərbaycanı tərk etdi



» » Siqaret haqqında həqiqətlər: ölümə səbəb olan sahələr niyə təşviq edilir?


Siqaret haqqında həqiqətlər: ölümə səbəb olan sahələr niyə təşviq edilir?

24-02-2017, 19:10
Oxunma sayı: 1116
Siqaret haqqında həqiqətlər: ölümə səbəb olan sahələr niyə təşviq edilir?

Dünyada ən çox qan tökən sənaye sahələrini saymağa başlasaq, ilk növbədə silah, ikinci növbədə isə narkotik gələcək.

Silah sənayesi 20-ci əsrdə milyonlarla insanın ölümünə səbəb olub. Yeni texnologiyalar silahları hər gün daha da öldürücü hala gətirir. Bu sahəyə yatırılan trilyonlarla dollar pul insanların ölməsinə, şəhərlərin dağıdılmasına səbəb olur.

Narkotik istehsalçısından istehlakçısına qədər hər mərhələdə ölüm gətirir. Narkotik mafiyaları bəzən ölkələrə nəzarət edəcək səviyyəyə gəlib çatırlar. Cənubi Amerika ölkələrində hər il on minlərlə insan narkotik müharibələrində həyatını itirir.(1 )Bu rəqəm terror hücumlarında həlak olanların sayından qat-qat çoxdur.

Bu sənayelərdən sonra üçüncü yerdə “qaranlıq və hiyləgər” sahə olan tütün sənayesi gəlir... Maraqlı reklamlarına, rəngli qutularına baxmayaraq, bu sahə də ən az silah və narkotik qədər öldürücüdür.

Tütün 17-ci əsrdən etibarən müstəmləkəçi və imperialist dövlətlərin ən böyük gəlir mənbələrindən biri olub. İstehsalçısından istehlakçısına kimi milyonlarla insan bu səbəbdən həyatını itirib. Tütün Avropaya və Osmanlı İmperiyasına ilk dəfə ingilis tacirlər tərəfindən tanıdılıb. 17, 18, 19 və hətta 20-ci əsrdə ABŞ başda olmaqla bir çox İngiltərə müstəmləkəsi olan ölkələr dünyanı tütünlə təmin etmək üçün çalışıblar. Misir, Avstraliya, Yamayka, Nigeriya, Surinam, Songea, Zimbabve, Kalimantan, Trinidad və Tobaqo, həmçinin o dövrdə İngiltərənin təsiri altında olan İran da tütün istehsalının mərkəzinə çevrilib. Müstəmləkələrdə istehsal olunan tütün ucuz qiymətə alınıb başqa ölkələrdə baha qiymətə satılırdı. Bu qaranlıq dövrdə Karib hövzəsindən Uzaq Şərqə qədər dünya əhalisinin böyük əksəriyyəti tütün istehsalçısı və istehlakçısı olaraq bu dövriyyənin bir hissəsi olmuşdu.

Amerika tütün sənayesi qul ticarəti ilə də əlaqəli idi. İngilis tacirlər Afrikada yerli krallardan silah qarşılığında kölə alırdılar. Gəmilərlə Amerikaya aparılan bu qullar orada tütün və şəkər kimi xammallarla dəyişdirilirdi.(2)

Qullar üzərindən maliyyələşən “Atlantik köləlik ticarəti”nə 200 il ərzində İngiltərə rəhbərlik edib. Həmin dövrdə hər dindən, millətdən, nəsildən milyonlarla afrikalı insan qul edilib. Qərbi Afrika sahillərində qulların gəmi gözləyərkən yığıla bilmələri üçün anbarlar qurulmuşdu. 10 milyon afrikalı yeni qitəyə qul kimi daşınmış, 10 milyonu da həmin vaxt həyatını itirmişdi. Həmin dövrün məşhur İngiltərə donanması bu ticarətlə maliyyələşirdi.

Tütün ticarətinin təsiri o dövrdən hazırkı günədək davam edir. Bütün dünya bu öldürücü sahənin təsiri altındadır. 2014-cü ildə istehlak edilən 5,6 trilyon siqaret üçün istehlakçılar 750 milyard dollar pul xərcləyib. Bu rəqəm 170 ölkənin ümumi daxili məhsulunun cəmindən çoxdur...(3)

Hazırda təxminən 1,2 milyard insan siqaret aludəçisidir. 2025-ci ildə bu rəqəmin 1,65 milyard olacağı hesablanıb. Bu insanların 80%-i orta və aşağı gəlirli insanlardır. Yaponiyada ildə adambaşına 1.800, ABŞ-da isə 1.000 siqaret istehlak edilir. Hər il 6 milyon insan siqaretdən yaranan xəstəliklərdən həyatını itirir. Əgər dünya millətləri kütləvi olaraq hərəkətə keçməsə, 21-ci əsrdə 1 milyard insan siqaretin təsiri nəticəsində həyatını itirəcək.(4)

Milyonlarla insanı siqaretə aludə edən əsas amil aldadıcı reklamlardır. Əslində, bu yalan 16-cı əsrdə tacirlərin tütünün dərman olduğunu söyləməsi ilə başlayıb. Siqaret aludəçiliyi 20-ci əsrdə reklam dünyası ilə birlikdə isə həyat tərzi halına gətirilib. Bu xəstəlik peşəkar marketinq vasitələri ilə insanlara hələ uşaq yaşda ikən öyrədilir. Bu gün siqaret istehlakçılarının üçdə ikisi bu siqaretlə 18 yaşı tamam olmamış tanış olur. Bu günə qədər tətbiq edilən qadağalar, reklam məhdudiyyətləri, qutular üzərində öldürücü olduğu yazılan yazıların əlavə olunması bu zəhərin geniş istifadə edilməsinin qarşısını ala bilməyib.

1954-cü ildə ABŞ siqaret istehsalçıları 160 şəhərdə 250 qəzetdə yer alan böyük müdafiə xarakterli reklam kampaniyasına başladılar. "Siqaret istehlakçılarına səmimi xəbərdarlıq" adlı yazı 45 milyon amerikalıya çatmışdı. Yazıda siqaretin xərçəng xəstəliyinə səbəb olduğuna dair iddialar təkzib edilmiş, siqaret aludəçiliyinin təhlükəsiz olduğuna təminat verilmişdi. Həmin yazının hazırda elmi həqiqətlərlə ziddiyyət təşkil etdiyi aşkar olunub. Beləliklə, görünür ki, məqalənin müəllifi olan şirkətlər hələ o dövrdən siqaretin zərərlərinin fərqində olmuşlar.

Dövrümüzdə elm siqaretin ölümcül nəticələrini hərtərəfli şəkildə ortaya qoyub. Əvvəla, siqaret ağciyər xərçənginin yaranmasının birinci səbəbidir. Araşdırmalar xərçəngdən ölən hər dörd nəfərdən birinin siqaret səbəbindən xəstəliyə tutulduğunu göstərir. Siqaret istehlakı xərçəngdən başqa ürək və ağciyər xəstəliklərinə da yol açır. ABŞ-da siqaretin səbəb olduğu xəstəliklərdən ölənlərin sayı QİÇS, narkotik, içki, intihar, qətl və avtomobil qəzasında ölənlərin cəmindən daha çoxdur. Passiv siqaret çəkmək belə dünyada 50 mindən çox insanın ölümünə səbəb olub. 2015-ci ildə terror hücumlarında 45 min insanın öldüyünü nəzərə alsaq, passiv siqaret çəkməyin terrorizmdən daha ölümcül təhlükə olduğunu görərik.

Tütün və siqaret eyni zamanda dünyanın ən böyük israfçılığıdır. Belə ki, milyonlarla hektar sahə israf edilir. Dünyadakı istehsalçılar tütün əvəzinə ərzaq istehsal etsələr, 30 milyon insan ac qalmaz. Bu qədər böyük imkan insanları qidalandırmaq əvəzinə zəhərləməkdə istifadə edilir. Bu gün dünyada 124 ölkə tütün istehsalçısıdır. Bunların böyük qismi zəngin olmayan ölkələrdir Tütün sənayesi bu ölkələri istismar edir.

Siqaret açıq-aşkar zəhərdir. 500 ildir ki, insanları zəhərləyir. Cəmiyyətlərin mübarizə gücünü məhv edir, istismar edilməyə, idarə edilməyə açıq hala gətirir. Bu qanlı sənaye sahəsindən təkcə kiçik oliqarx qrupu mənfəət götürür. Bu mənfəət üçün 1,5 milyard insan həyatını təhlükəyə atır. Ölkələr bu zəhər diktatorluğu ilə təkbaşına mübarizə apara bilməzlər. Bunun üçün siyasətçilər, dövlət adamları, din xadimləri, liderlər, eləcə də ağıllı, vicdanlı davranan bütün insanlar birlik olmalıdırlar. Siqaret hər gün 20 min can aldığına görə bu, bir saat belə gecikdirilməyəcək bir mübarizədir.

1. http://www.insightcrime.org/news-analysis/insight-crime-homicide-round-up-2015-latin-america-caribbean
2. http://www.understandingslavery.com/index.php-option=com_content&view=article&id=369&Itemid=145.html
3. http://global.tobaccofreekids.org/files/pdfs/en/Global_Cigarette_Industry_pdf.pdf
4. http://global.tobaccofreekids.org/files/pdfs/en/Global_Cigarette_Industry_pdf.pdf

Adnan Oktar

Respublika.info
Sosial şəbəkələrdə paylaş: