Neft ucuzlaşır Atəşkəs rejimi 125 dəfə pozulub Qızıl ucuzlaşır, gümüş bahalaşır Poroşenko: “ABŞ Ukraynaya 500 milyon dollar dəyərində hərbi yardım ayırıb”
Türkiyə və Azərbaycandan göz dağı – Sərkisyanın 4 milyonluq nağılı... Paşazadənin “vurulması“nın şok səbəbləri Qardaşı qızı ilə sevişərkən tutulan aparıcı ilə bağlı məhkəmə qərar qəbul etdi - FOTOLAR Azərbaycanda orta məktəbdə faciə...
"Qız atası"nın Vidadisi oğlunu evləndirdi - FOTOLAR Azərbaycan musiqisinin korifeyinə təzim “TurAz Qartalı - 2017” təlimləri başlayıb "Enerji içkiləri insanları məhvə aparırır" - Dietoloq Leyla Zülfüqarova



» » "Mən Allaha da "sən" deyə müraciət edirəm" - General məhkəmədə


"Mən Allaha da "sən" deyə müraciət edirəm" - General məhkəmədə

23-02-2017, 19:31
Oxunma sayı: 634
"Mən Allaha da "sən" deyə müraciət edirəm" - General məhkəmədə

Bu gün Bakı Hərbi Məhkəməsində həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Respublika.info-nun qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

İclasda ləğv edilmiş MTN-nin İstintaq baş idarəsinin rəisi, general Mövlam Şıxəliyev ifadə verib. O bildirib ki, MTN-in peşəkar əmakdaşlarından olan V.Ələkbərova qarşı 2008-ci ildən böhtan kampaniyası aparılıb: "Bu işi görənlərin istintaqını 2008-ci ildə Vüsal Ələkbərov aparıb. Onlar "Texnikabank"a qarşı iddia qalıdıraraq pullarının qaytarılmasını istəyiblər. Lakin məhkəmə onların iddialarını qəbul etməyib və pulların Zal Yusifov tərəfindən mənimsənilməsi sübuta yetirilib. İndi pulları da Zal Yusifov qaytarmalıdır. Mən hesab etmirəm ki, Vüsal Ələkbərov kimdənsə rüşvət alsın".

M.Şıxəliyev zərərçəkənlərin bəzilərini tanıdığını deyib: "Namil Rzayevi, Nizami Kazımovu, Hüseyn Səfərovu və Akif Qurbanovu tanıyıram. Nizami ilə Hüseynin adı "Texnikabank" işində keçib. Buna görə də Nizami Kazımov həbs edilib, sonradan ev dustağı edilib. Onunla MTN-də görüşməmişəm, heç vaxt da pul söhbəti etməmişəm. Elə rəis olmamışam ki, təqsirləndirilən şəxslə pul alış-verişi edim. Vüsal Ələkbərovun da Nizami Kazımovla söhbətini eşitməmişəm.

Hüseyn Səfərovu "Texnikabank" işi ilə bağlı həbs ediləndən sonra tanımışam. Onunla da aramda pul söhbəti olmayıb. Elşən Mədətovu, Müsənnif Salahovu, ümumiyyətlə, tanımıram.

Namil Rzayevi isə 1993-cü ildən tanıyıram. Mən Qaradağ Rayon Polis İdarəsində işləyəndə şöbə rəisi Eldar Rzayevin qohumu kimi yanına gəlib-gedib. O vaxtdan onunla münasibətim olub. Amma ondan 28 may küçəsində olan evimin qarşısında pul almağım yalandır. Çünki mənim orada, ümumiyyətlə, evim yoxdur.

Bahəddin Sultanovu tanımıram, onunla bağlı Binəqədi Rayon Polis İdarəsinin keçmiş rəisi Rasim Musayevlə söhbətim olmayıb.

Akif Qurbanovla münasibətim olub, düzdür, toyda onunla görüşmüşəm. Amma Etibar Əliyevin həbs edilməsi barədə söhbətimiz olmayıb və Etibarı söyməmişəm. Mən ümumiyyətlə söyüş söyən adam deyiləm".

Mövlam Şıxəliyevin ifadəsinə zərərçəkmiş Namil Rzayev münasibət bildirib: "Mən buna söz deməyə xəcalət çəkirəm. Amma bunlar mənəm evimin satılmasına görə xəcalət çəkmirlər. Mövlam Şıxəliyevin otağında olmuşam, o mənə dedi ki, şefin göstərişi var, həbs edilməlisən. Mən Eldar Mahmudovu "Oboxees" işləyəndən tanımışam. Mövlam əvvəl 1 milyon, sonra 700 min, daha sonra isə 500 min dollar istədi. Bu pulun 200 min dollarını Mövlama, 300 min dollarını isə Vüsala vermişəm".

Mövlam Şıxəliyev bu iddiaya reaksiya verərək deyib ki, rəhbərindən hər hansı bir qanunsuz göstəriş almayıb.

Nizami Kazımovun suallarına cavab verən Mövlam Şıxəliyevə ona "sən" deyə müraciət etməsinə hakim etiraz edib: "Mən bayaqdan sizin aranızda olan söhbəti izləyirəm. Nizami Kazımov "Siz" deyə müraciət edir. Amma siz ona "Sən" deyirsiz. Burada hamının bərabər hüququ var. Siz burada idarə rəisi, general yox, şahid kimi danışırsan".

Mövlam Şıxəliyev isə hakimin ittihamına daha kəskin cavab verib: "Mən Allaha da "Sən" deyə müraciət edirəm. Mən heç kimdən pul almamışam, heç kimə də qaytarmağa pulum yoxdur".
Sosial şəbəkələrdə paylaş: