“www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə çatdırılıb Prezident İlham Əliyev Bakıda yeni salınan yolun açılışında iştirak edib Rusiya ABŞ-dakı səfirini dəyişir Bakının müharibə hazırlıqları
İlham Əliyev Rusiya baş nazirinin müavinini qəbul edib Bir qrup hərbçiyə polkovnik rütbəsi verildi Universitetlərdə təhsil haqqı artacaqmı ? Lerikdə bədbəxt hadisə
Moskvadan İrəvana gedən avtobus aşdı Bakıda arvad ərini döyüb xəstəxanalıq etdi Rusiyada qəzada Fransa vətəndaşları ölüb Maşında ölü tapılan sevgililərlə bağlı təfərrüat - Qadın evli imiş



» » Türkiyə təyyarəsində HƏYƏCAN - "Üzərimdə bomba var"


Türkiyə təyyarəsində HƏYƏCAN - "Üzərimdə bomba var"

23-02-2017, 10:26
Oxunma sayı: 308
Türkiyə təyyarəsində HƏYƏCAN - "Üzərimdə bomba var"

Türk Hava Yollarına (THY) məxsus TK-78 saylı Boeing 777 tipli təyyarə Mayamidən İstanbula uçmaq üçün son hazırlığını görərkən sərnişinlərdən biri üzərində bomba olduğunu deyib.

Respublika.info xəbər verir ki, Milliyet-in məlumatına görə , anası ilə səfərə çıxan Uçkun Erdem adlı şəxs son yoxlanışı etmək üçün yanına gələn ekipaj üzvünə: "Üzərimdə bomba var", - deyib.

Təyyarədən olayla bağlı dərhal polisə xəbər verilib. Polislər Uçkun Erdemi yanında olan anası ilə birlikdə nəzarətə alıblar. Uçkun Erdemin ön və arxasındakı 3 sıra oturacaqda oturan sərnişinlərin bütün çamadanlarını və əl çantalarını endirərək təkrar axtarış aparıblar.

Uçkun Erdem psixoloji problemləri olduğunu və bu sözləri də bir anlıq qəzəblə söylədiyini bildirib.

THY səlahiyyətlilərindən verilən məlumata görə, Türkiyə saatı ilə səhər 07.00-da qalxması gözlənilən TK-78 tipli Mayami-İstanbul səfərini reallaşdırmalı olan təyyarə saat 08.30-da Türkiyəyə yola düşüb.


Milli.az
Sosial şəbəkələrdə paylaş: