Azərbaycanda ailələrə aylıq 10 manat veriləcək Ana onu qonşusu ilə yataqda tutan oğlunu yastıqla boğdu Xəbərlər Aygün Kazımova əməliyyatdan sonra o qədər arıqladı ki... - FOTOLAR “Buta Airways” AZAL-ın sərnişinlərindən əlavə pul aldı — RƏZİLLİK
“Narahat olsanız, olmasanız da nüvə enerjisini əldə edəcəyik” – Ərdoğan Xəbər 22/11/2017 12:57 Paylaş Twitter Facebook A+ A- “16 minlik maşını Azərbaycana gətirmək üçün 81 min rəsmi rüsum” – Şok gömrük qaydaları Bakıda antiradarların satışı ilə məşğul olan dəstə zərərsizləşdirilib "Atletiko" "Qarabağ"ı qrupda saxladı - YENİLƏNİB
Milyarder Süleyman Kərimov azadlığa buraxıldı Tbilisidə xüsusi əməliyyatı başa çatdı: terrorçular öldürüldü -FOTO Uşaqlara vurulan “mantu”: imtina edək? - Şərh Yeni başçının kimliyi ilə bağlı daha bir İDDİA - Belə deyirlər...



» » Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK


Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK

18-02-2017, 19:50
Oxunma sayı: 370
Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK

Valideyn himayəsindən və dəstəyindən məhrum olan uşaqlar ali təhsillərini pulsuz formada alacaqlar.

Respublika.info xəbər verir ki,bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul edib. Qərara əsasən, ölkəmizdə 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olan uşaqlar dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsillə əlaqədar ixtisaslara qəbul olduqda, ödənişdən azad olacaqlar.

Məsələnin digər maraqlı tərəfi qərarın bir tələbənin müraciəti əsasında verilməsidir. Belə ki, Tibb Universitetinin 5-ci kurs tələbəsi Cavidan Qafarov atasını itirdiyinə və anasının isə I qrup əlil olmasına görə təhsil haqqından azad edilməsi məsələsini Konstitusiya Məhkəməsi qarşısında qaldırıb və Məhkəmə də bu iddianın haqlı olması barədə qərar qəbul edib. O, özü də "Xəzər Xəbər"ə açıqlamasında bu faktı təsdiqləyib və 2016-cı ilin dekabr ayında Konstitusiya Məhkəməsinə müraciət etdiyini deyib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili İsa Həbibbəyli deyir ki, bu qərar ali təhsilin ödənişli ixtisaslarına daxil olduğu halda təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrin işini asanlaşdıracaq.

Millət vəkilinin sözlərinə görə, belə olan halda gənclər rahatlıqla ali təhsil ala və özlərini inkişaf etdirə biləcəklər.

Qərarın digər hüquqi aktlara uyğunlaşdırılması Milli Məclisə tövsiyyə edilib.


Xəzər Xəbər
Sosial şəbəkələrdə paylaş: