Mədəni Nitq Layihəsi Uğurla davam. Bakıda “Microsoft” İnnovasiya Forumuna qeydiyyat başlayır Alimlər: "İstanbul su altında qala bilər" Daxili işlər nazirinin müavini: "Razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq"
Uşaq zorakılığına yox deyək! Часть Баку оставят без воды Ucarda Səfərbərlk və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı il dönümü qeyd olunub. Bakıda güclü partlayış baş verdi – VİDEOLAR / FOTOLAR
Bakıda ərəbin başına lövhə düşdü - vəziyyəti ağırdır ABŞ Nümayəndələr Palatası “Rusiya işi” üzrə məxfi sənədin dərc edilməsinin lehinə səs verib Moskvada çoxmərtəbəli binada yanğın baş verib, ölənlər var Məcburi köçkünlərin yeni mənzillərə köçürüləcəyi tarix açıqlandı



» » Dərsliklərdə növbəti biabırçılıq - VİDEO


Dərsliklərdə növbəti biabırçılıq - VİDEO

15-02-2017, 17:09
Oxunma sayı: 627
Dərsliklərdə növbəti biabırçılıq - VİDEO

Səhv məlumatlar müəllim və şagirdlərə problem yaradır.

Respublika.info ARB Şimal-a istinadən xəbər verir ki, şagirdlər dərsliklərdə olan səhvlərdən əziyyət çəkirlər. Lövhə qarşısında müəllim bir söz deyir, kitabda isə başqa məlumat yazılıb.

Arzu Yaqubova - 8-ci sinif şagirdi: "8-ci sinif kitabında səhifə 58-də qan damar sisteminin, ürəyin quruluşunun təsviri verilib. Burada biz bir deyil, daha çox səhvlərə rast gələ bilərik".

Sevil Nağıyeva uzun illərdir kimyadan dərs desə də, son 5 ildə bu problemlə rastlaşıb.

Sevil Nağıyeva - kimya müəllimi: "2009-cu il 8-ci sinif kimya dərsliyində səhv var. Orada atom çəkisi atom kütləsi ilə əvəz olunmalıdır".

Eyni problem digər fənlərdə də var. Mövzuların sonunda verilən sualların bəziləri mövzuya uyğun gəlmir. Yuxarı siniflərlə yanaşı, ibtidai sinif müəllimləri də dərsliklərdən narazıdırlar.

Lalə Rəhmətullayeva - ibtidai sinif müəllimi: "Birinci yarımil bitib. Çoxrəqəmli ədədin nəinki çoxrəqəmli ədədə bölünməsi, 2 rəqəmli ədədə belə bölünməsi yoxdur materialda. Bu, nə deməkdir?"

Oğuz rayon sakini Ceyhun Əhmədov isə iş dəftərlərindəki yanlışlıqlardan şikayətçidir. 5 manat 50 qəpiyə aldığı vəsaitin 17 vərəqi çatmır.

Ceyhun Əhmədov - valideyn: "Uşaq öyrənib gəlib. Bura çatanda görür ki, 80-ci səhifədən keçir 97-yə. Deyərsiniz ki, bu cırılıb, ya nə isə olub. Elə bir şey yoxdur. BurAdan da gəlir 112-yə kimi, sonra keçir 97-yə".

8-ci sinif biologiya dərsliyinin müəlliflərindən olan Nüşabə Məmmədova da kitabda səhvlərin olduğunu təsdiqləyir.

Bu cür halların qarşısını almaq üçün yeni çap olunan dərsliklərə nəzarət artırılıb.



Videonu izləmək üçün linkə klikləyin:


http://daytube.az/az/videos/43503/
Sosial şəbəkələrdə paylaş: