“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » “Öyrənək! Tətbiq edək! Qorunaq!” layihəsinin icrası başa çatdı-FOTO


“Öyrənək! Tətbiq edək! Qorunaq!” layihəsinin icrası başa çatdı-FOTO

13-02-2017, 18:11
Oxunma sayı: 353
“Öyrənək! Tətbiq edək! Qorunaq!”  layihəsinin icrası başa çatdı-FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olmuş Abdullazadə Xəyalənin “Öyrənək! Tətbiq edək! Qorunaq!” adlı layihəsinin icrası başa çatmışdır. Layihənin icra müddəti 01.11.2016-01.02.2017 tarixlərini əhatə etmişdir.
Respublika.info xəbər verir ki,layihə çərçivəsində orta məktəb şagirdlərinə 4 gün ərzində ilkin tibbi yardım, cəmiyyətdə davranış qaydaları, düzgün qidalanmağın faydaları, yol hərəkət qaydaları haqqında maarifləndirici təlimlər keçirilmiş, şagirdlər arasında kiçik oyunlar təşkil edilmiş və aktivliyi ilə fərqlənən şagirdlər hədiyyələrlə mükafatlandırılmışdır. Təlimlər ərzində şagirdlərə mövzu ilə əlaqəli bukletlər və kitabçalar paylanmışdır.
Təlimlər bitdikdən sonra mədəni irsin təbliği məqsədilə məktəb şagirdləri Tarix muzeyinə ekskursiyaya aparılmışdır. Muzeydə şagirdlər ibtidai icma quruluşundan günümüzədək olan dövrün tarixi mədəniyyət nümunələri və H.Z.Tağıyevin ev muzeyi ilə yaxından tanış olmuşlar. Ekskursiya müddətində şagirdlərin verdiyi bütün suallar muzey bələdçisi tərəfindən ətraflı cavablandırılmışdır.
Layihənin keçirilməsi üçün 32 nömrəli məktəb tərəfindən əlverişli şərait yaradılmışdır. Təşkil olunan təlimlərin hər birində məktəb direktorunun və müəllim kollektivinin iştirakı təmin edilmişdir.
Layihənin əsas məqsədi ilk olaraq, orta məktəb şagirdlərinə yol hərəkət qaydalarını, ilkin tibbi yardımın göstərilməsini öyrədərək xoşagəlməz hadisələrin baş vermə ehtimalını, baş verən qəzalar zamanı dərin zədə alanların və bu səbəbdən ölənlərin sayını azaltmaqdan ibarət olmuşdur.
Həmçinin layihə şagirdlərə dövlət rəmzlərini, mədəni irsimizi, ictimai davranış qaydalarını öyrətməklə əsl vətəndaşın, düzgün qidalanmaq qaydalarını aşılayaraq sağlam gənclərin yetişdirilməsi məqsədini də daşıyır.



“Öyrənək! Tətbiq edək! Qorunaq!”  layihəsinin icrası başa çatdı-FOTO
“Öyrənək! Tətbiq edək! Qorunaq!”  layihəsinin icrası başa çatdı-FOTO
“Öyrənək! Tətbiq edək! Qorunaq!”  layihəsinin icrası başa çatdı-FOTO
“Öyrənək! Tətbiq edək! Qorunaq!”  layihəsinin icrası başa çatdı-FOTO
Sosial şəbəkələrdə paylaş: