Xalqın xilaskarı mövzusunda elmi-praktik konfrans keçirilib. Sağlam gələcək sağlam qidadan başlayır Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib Rusiya Azərbaycanlıları İttifaqı: ”Soydaşlarımızı bu faciəvi gündə Azərbaycan dövlətçiliyi ətrafında daha da sıx birləşməyə çağırırıq”
Etna vulkanı yenidən püskürüb Fəaliyyətə başladılar 24media.az SON DƏQİQƏ Hərbi qulluqçumuz şəhid oldu Rusiyada 28 may Respublika Günü möhtəşəm qeyd edilib
Ufuk Aydın: ”Azərbaycan Xalq Cümhuriyyəti türk tarixinin şanlı səhifəsidir” Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq "Siyasi fahişələr" - KÖŞƏ Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı



» » Qafqaz Universitetinin verdiyi diplomlar tanınacaq - RƏSMİ AÇIQLAMA


Qafqaz Universitetinin verdiyi diplomlar tanınacaq - RƏSMİ AÇIQLAMA

31-01-2017, 17:39
Oxunma sayı: 370
Qafqaz Universitetinin verdiyi diplomlar tanınacaq - RƏSMİ AÇIQLAMA

Qafqaz Universitetini bitirənlərin diplomlarının Azərbaycandatanınmasında problem olmayacaq.
Respublika.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov bildirib. O qeyd edib ki, universitetin diplomlarının tanınmaması məsələsi Azərbaycana aid deyil: "Düşünürəm ki, Azərbaycanda bu məsələ ilə bağlı ciddi problem olmayacaq. Eyni zamanda, vurğulamaq istərdim ki, hazırda təhsil alan tələbələrin təhsili məsələsi də müsbət həllini tapıb. Çünki onlar təhsillərini bitirdikdə artıq yeni bir universitetin məzunu olacaqlar və diplomların tanınması ilə bağlı heç bir problem olmayacaq. Bu da tələbələr üçün müsbət bir haldır".

Nazirlik rəsmisi vurğulayıb ki, Qafqaz Universitetində təhsil alan tələbələr 2016/2017-ci tədris ilinin II-yaz semestrindən etibarən Bakı Mühəndislik Universitetinin tələbələri hesab olunacaq və təhsillərini davam etdirəcəklər: "Təhsillərini Bakı Mühəndislik Universitetində davam etdirmək istəməyən tələbələrin müraciətinə isə tədris ili başa çatandan sonra baxılacaq. Düşünürəm ki, belə istəkdə olan tələbələrin sayıl çox az olacaq. Çünki Bakı Mühəndislik Universitetində tələbələrin təhsillərini yüksək səviyyədə davam etdirməsi üçün bütün şərait yaradılacaq".

Qeyd edək ki, Türkiyə Ali Təhsil Şurasının (YÖK) qərarı ilə Qafqaz Universitetindən məzun olan tələbələrin diplomları Türkiyədə tanınmayacaq. 2016-2017-ci tədris ilində Qafqaz Universitetinə qəbul olunan tələbələr məzun olduqdan sonra (yəni 4 il sonra) onların diplomları normal qaydada tanınacaq.


APA
Sosial şəbəkələrdə paylaş: