Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb. Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi
Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!" Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının seçkiqabağı təbliğat-təşviqat kompaniyasının 06 fevral tarixindən başa çatıb 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının (Həsənov Nəsimi Novruz oğlu) seçkiqabağı təbliğat-təşviqat kompaniyası artıq 06 fevral tarixindən başa çatmışdır. 91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədovun görüşünə yüzlərlə seçici gəlib-FOTO
Bəzi "məmurlar" anlamalıdırlar ki, xalqın gözü tərəzidir – Deputatlığa namizəd 91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədov seçicilərlə növbəti görüşünü keçirib. Azərbaycan Vətəndaş Hərəkatının növbədənkənar parlament seçkiləri ilə bağlı BƏYANATI Bərdə şəhərində 2 fevral "Gənclər Günü"nə həsr olunmuş açıq rayon birinciliyi keçirilib



» » “Elmi və bədii ədəbiyyata marağı kütləviləşdirmə” layihəsinin açılış mərasimi oldu-FOTO


“Elmi və bədii ədəbiyyata marağı kütləviləşdirmə” layihəsinin açılış mərasimi oldu-FOTO

31-01-2017, 13:29
Oxunma sayı: 499
“Elmi və bədii ədəbiyyata marağı kütləviləşdirmə”  layihəsinin açılış mərasimi oldu-FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 12 saylı Bakı Peşə liseyində “Elmi və bədii ədəbiyyata marağı kütləviləşdirmə” adlı layihənin açılış mərasimi baş tutmuşdur. Respublika.info xəbər verir ki, layihəni giriş sözü ilə açan layihə rəhbəri Nəbi Hacıyev qeyd etdi ki, gənclərin və yeniyetmələrin elmi və bədii ədəbiyyata marağının artırılması, kitaba, mütaliəyə həvəsin yaradılması onların məntiqi inkişafını və dünyagörüşlərini zənginləşdirəcəkdir. Daha sonra təlimçi qismində çıxış edən Sabunçu rayon Mərkəzi kitabxana sisteminin direktoru Nəcibə Hüseynova çıxışında elmi və bədii ədəbiyyatın kütləviləşdirilməsində mühüm rol oynayan kitabxanalarda ədəbiyyatın təbliği, oxuculara göstərilən kitabxana xidmətindən, gənclərin və yeniyetmələrin kitabdan düzgün istifadə qaydalarından bəhs edib. Layihə iştirakçıların mövzu ətrafında onları maraqlandıran sualların müzakirəsi ilə davam edib.

“Elmi və bədii ədəbiyyata marağı kütləviləşdirmə”  layihəsinin açılış mərasimi oldu-FOTO
“Elmi və bədii ədəbiyyata marağı kütləviləşdirmə”  layihəsinin açılış mərasimi oldu-FOTO
Sosial şəbəkələrdə paylaş: