İsrail Türkiyəyə qarşı “erməni həmləsi” hazırlayır HƏMAS lideri saxlanıldı İtaliyada həkimlər tətil edir Ramin Əhmədov: “Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb“
Qafqaz Tufandag yay qış isdrahət mərkəzində möhtəşəm açılış “Fəxr edirəm ki,Heydər Əliyevin siyasi kursunun fəal təbliğatçısıyam” - Aqil Acalov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Növbə mədəniyyəti
Arifov Arif Polad oğlu Şəhid Cumanov Bayram Sahib oğlu Mustafa Əhmədcan oğlu Coşqunov Elnur Məhiyəddin oğlu İbrahimov



» » Bələdiyyə sədrini və həyat yoldaşını öldürən şəxsə rədd cavabı


Bələdiyyə sədrini və həyat yoldaşını öldürən şəxsə rədd cavabı

28-01-2017, 18:21
Oxunma sayı: 1047
Bələdiyyə sədrini və həyat yoldaşını öldürən şəxsə rədd cavabı

Sumqayıt Apellyasiya Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Respublika.info xəbər verir ki, hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, F.Hüseynovun apellyasiya şikayətinin baxılmasına xitam verilib.
Qeyd edək ki, qətl 2015-ci il iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı V.Əbilhəsənova və həyat yoldaşı V.Əbilhəsənov amansızlıqla qətlə yetirilib.
Araşdırmalar zamanı qətlin F.Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında mərhumların evinə gəlib və orada mübahisə yaranıb. O, mübahisə zəminində V.Əbilhəsənovanı kəsici alətlə, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.
F.Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (qəsdən adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə), 186.2.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilib.


Report
Sosial şəbəkələrdə paylaş: