Dedilərki efirə çıxsan səni bıçaqlayacıq: Parodistdən ŞOK AÇIQLAMA - VİDEO “WhatsApp”dan istifadə məhdudlaşdırılır AZƏRBAYCANDA QADIN NAZİR TƏYİN OLUNDU “Bakcell”in “AppLab” proqramının məzunlarından - YENİLİK
Bakı məktəbində dəhşətli hadisə: 1-ci sinif şagirdi zorlandı, valideynlər aksiya keçirdi – Foto Azərbaycan və Türkiyə dollardan İMTİNA EDİR Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
Misirdə 36 nəfərə ölüm cəzası verilib Lənkəranda 60 yaşlı qadını döydülər Yardımlıda kütləvi dava: ölən var GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI



» » Prosineçkinin "Bursaspor"a gedib-getməyəcəyi DƏQİQLƏŞDİ


Prosineçkinin "Bursaspor"a gedib-getməyəcəyi DƏQİQLƏŞDİ

25-01-2017, 16:09
Oxunma sayı: 340
Prosineçkinin "Bursaspor"a gedib-getməyəcəyi DƏQİQLƏŞDİ

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Türkiyənin "Bursaspor" klubunun sükanı arxasına keçidi reallaşmayıb.

Respublika.info xəbər verir ki, Bakıda xorvatiyalı mütəxəssislə danışıqlar aparmaq üçün səfərdə olan klubun futbol şöbəsinin müdiri Yüksel Çolak açıqlama verib.

O bildirib ki, R.Prosineçki AFFA ilə 2017-ci ilin sonunadək müqaviləsinin və anlaşmada təzminat maddəsinin olduğunu əsas gətirərək, təklifi qəbul etməyib. Y.Çolak danışıqların uzanma səbəbinə də aydınlıq gətirib: "Biz Prosineçkinin özü ilə yox, meneceri ilə görüşdük. Meneceri də təklifi baş məşqçi ilə müzakirə edəcəyini bildirdi. Buna görə cavab alanadək gözləməli olduq. Bizə dedilər ki, Prosineçkinin müqaviləsində yüksək təzminat maddəsi var. Bu da bizim üçün uyğun olmadığı üçün danışıqları dayandırdıq".

"Bursaspor" rəsmisi artıq xorvatiyalı mütəxəssislə danışıqları tamamladıqlarını və yaxın vaxtlarda yenidən bu mövzuya qayıtmayacaqlarını da vurğulayıb. O, Azərbaycan klublarından hər hansı futbolçu ilə maraqlandıqlarına dair xəbərləri də təkzib edib: "Azərbaycanda futbol son illər inkişaf edir. Milli və klub futbolu səviyyəsindəki uğurlarınız bizləri də sevindirir. Milli komandanızın futbolçusu Dəniz Yılmazın "Bursaspor"dakı çıxışından məmnunuq. Amma Bakıda olduğumuz müddətdə heç bir futbolçunuzla danışıqlar aparmamışıq və onlardan hansınısa özümüzlə aparmayacağıq".
Qeyd edək ki, "Bursaspor" bir neçə gün öncə Hamza Hamzaoğlunu baş məşqi postunda istefaya göndərib.



Report
Sosial şəbəkələrdə paylaş: