Dedilərki efirə çıxsan səni bıçaqlayacıq: Parodistdən ŞOK AÇIQLAMA - VİDEO “WhatsApp”dan istifadə məhdudlaşdırılır AZƏRBAYCANDA QADIN NAZİR TƏYİN OLUNDU “Bakcell”in “AppLab” proqramının məzunlarından - YENİLİK
Bakı məktəbində dəhşətli hadisə: 1-ci sinif şagirdi zorlandı, valideynlər aksiya keçirdi – Foto Azərbaycan və Türkiyə dollardan İMTİNA EDİR Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
Misirdə 36 nəfərə ölüm cəzası verilib Lənkəranda 60 yaşlı qadını döydülər Yardımlıda kütləvi dava: ölən var GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI



» » Pensiya üçün staj tələbi ləğv edilir - YENİLİK


Pensiya üçün staj tələbi ləğv edilir - YENİLİK

24-01-2017, 20:27
Oxunma sayı: 1093
Pensiya üçün staj tələbi ləğv edilir - YENİLİK

Azərbaycanda pensiya üçün tətbiq edilən staj tələbi aradan götürülür. Yeni qanun layihəsinə görə, işçi sosial sığorta üçün daha çox pul ödəyərsə, istədiyi zaman pensiyaya çıxa biləcək.

Respublika.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında bildirib.

Səlim Müslümov hazırda Azərbaycanda 20 min manatdan çox maaş alan şəxslərin olduğunu və bu yenilik sayəsində yüksək maaş alanların daha tez pensiyaya çıxa biləcəyini bildirib. Nazir əmək pensiyalarının sığorta hissəsinin indeksləşməsindən də danışaraq deyib ki, ötən il istehlak qiymətlərində 12,4 %-lik inflyasiya qeydə alındığından, əmək pensiyalarının sığorta olunan, yəni 110 manatdan yuxarı olan hissəsinə 12,4 %-lik artım ediləcək.

Bu artım isə ümumi pensiyaçıların 94 %-nə, başqa sözlə, 1 milyon 240 min nəfərə şamil olunacaq. Hərbçilər, sabiq millət vəkilləri və bu kimi pensiyalarına əlavə alan şəxslər isə bu artımdan yararlana bilməyəcəklər. Onların pensiyası, xidmət etdikləri qurumlarda maaş artımı olanda artırılacaq.

Səlim Müslümov onu da bildirib ki, minumum əmək haqqının 105 manatdan 116 manata çatdırılması 145 min nəfərə təsir edəcək. Bu artım sayəsində yarımştat və yaxud saat hesabı çalışanlara ödəniləcək minimum maaş isə 58 manat olacaq.


Xəzər Xəbər
Sosial şəbəkələrdə paylaş: