Bakıda yol polisini vurmaq istəyən "avtoş" tutuldu Dünya prezidentlərinin son model maşınları (Fotolar) “Ailə TV”nin ofisinə silahlı basqın edən şəxs tutulub - YENİLƏNİB Aydın Bəşirov vəzifəyə təyin olunması xəbərindən danışdı: “Kəmaləddin Heydərovla dostam”
İcra Hakimiyyəti QHT-nin tədbirinə əngəl oldu! -Bəzi xırda məmurlar sabotajla məşğuldur Marketlərdə içməli su qıtlığı yaranıb Azərbaycanda təşkilat sədri: “Mən azan səsi eşitmək istəmirəm” Hacıqabulda kriminal avtoritetlər tutuldu
Lənkəranski haqqında ŞOK: "Xüsusi təyinatlılarla əməliyyatda olub, qızlarımızı xilas edib" (VİDEO) Ziya Məmmədovun adı növbəti beynəlxalq rüşvət qalmaqalında - həbs təhlükəsi Tənha yaşayan ahıl və əlil insanlara könüllülər vasitəsilə sosial xidmətlərin göstərilməsi” layihəsi uğurla başa çatıb Şəbnəm Tapdıq Azərbaycanı tərk etdi



» » Daha bir əməkdar artist dünyasını dəyişdi


Daha bir əməkdar artist dünyasını dəyişdi

23-01-2017, 12:25
Oxunma sayı: 403
Daha bir əməkdar artist dünyasını dəyişdi

Azərbaycan mədəniyyətində ağır itki üz verib.

Gəncə Dövlət Dram Teatrının aktyoru, Respublikanın əməkdar artisti Faiq Qasımov dünyasını dəyişib.

Respublika.info ARB Kəpəz-ə istinadən xəbər verir ki, realist aktyor məktəbinin istedadlı nümayəndəsi olan əməkdar artist, ömrünün 52 ilini bu sənətə həsr edib.

O, Gəncə Dövlət Dram Teatrının səhnəsindən bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradıb. Cəfər Cabbarlının "Almaz" və "Aydın", Altay Məmmədovun "Kişilər" və "Ulduzlar görüşəndə", Sabit Rəhmanın "Nişanlı qız", "Xoşbəxtlər" və "Küləklər", Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", Vilyam Şekspirin kimi "Otello" və "III Riçard" kimi tamaşalar onun rol aldığı səhnə əsərlərinin bir qismidir. Faiq Qasımov son illər Gəncə Dövlət Dram Teatrının səhnəsində bir-birindən maraqlı pyeslərə quruluş verib. O, gənclər və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla da böyük həvəslə çalışıb, onların iştirakı ilə müxtəlif tamaşalar ərsəyə gətirib.

Əməkdar artist Teatr Xadimlər İttifaqının üzvü, "Qızıl Dərviş" mükafatı laureatı adına layiq görülüb. 25 avqust 1948-ci ildə dünyaya gələn Faiq Qasımov 68 yaşında vəfat edib. Mərhum sənətkarla vida mərasimi 24 yanvar 2017-ci il saat 11:00-dan 14:00-dək Gəncə Dövlət Dram Teatrının binasında olacaq. O, Fəxri xiyabanda dəfn ediləcək.
Sosial şəbəkələrdə paylaş: