“Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil” Yevlaxda vətəndaşları narahat edən məsələlər yerindəcə həll olunur. Yevlax şəhərində vətəndaşların növbəti səyyari qəbulu keçirildi.
Şuranın yardımı ilə hazırlanan filmlərdən ibarət vahid elektron baza yaradılır Süpürkəçi 19 00 “Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası” Bakıda ‘Life Long Learning’ formu keçiriləcək.
Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu... İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI



» » ''Mübarizlik simvolu''


''Mübarizlik simvolu''

18-11-2015, 20:47
Oxunma sayı: 441
''Mübarizlik simvolu''

Respublika.info Bakı Slavyan Universiteti ''Jurnalistika və Azərbaycan filologiyası'' fakultəsinin 3-cü kurs tələbəsi Həmid Fərhadoğlunun ''Mübarizlik simvolu'' məqaləsini təqdim edir.

Vətəni sevmək imandandır.Bu fikir zaman-zaman bəşər övladının dilinə, fikrinə həkk olunaraq vətənpərvərlərin həyat fəlsəfəsinə çevrilib.Bu fəlsəfənin ən parlaq timsalı Mübariz İbrahimovdu.Azərbaycanın igid oğlu!Düşünmədən şəhidliyin ən uca zirvəsinə yüksəldi.Qaranlıq bir gecədə bozqurd nərəsi çəkdi sanki...Vətənə olan sevgisi, düşmənə olan nifrəti Mübarizi daha da məğlubedilməz edirdi.Düşmən onu görəndə həyəcandan nə etdiyini bilmədi.
Budur Mübariz! Budur mübarizlik!Düşmənləri bir-bir cəhənnəmə vasil edir.Düşmənə olan qəzəbi soyumur.Düşmənlər elə zənn edir ki, üstlərinə böyük bir tağım gəlir.Bəli,düşmən yanılmamışdı. Mübarizin o gecəki döyüş ruhu bir tağımın, bir bölüyün, bir ordunun rəşadətindən daha üstün idi. Artıq Mübarizin gözləri qanla dolmuşdu, qəzəbdən əlləri əsirdi.Əlini od kimi qızışmış silahın tətiyindən ayıran Mübariz süngüsünü çıxardı və onlarla erməni dığasının meyidi üzərindən keçib,sanki Koroğlu nərəsi çəkdi.Qorxu bilmədən yenidən düşmənin üzərinə yeridi.Düşmən vahimə içindədi.Mübariz erməni əsgərlərinə çatan kimi ölüm saçan bıçağı ilə onları bir-bir cəhənnməmə vasil edir.Düşmən hələ də ona yaxın düşə bilmirdi.Artıq Mübarizə qarşı böyük bir bölük vuruşurdu.Birdən Mübarizin gözləri qaraldı.Xain düşmənin gülləsi Mübarizin sinəsini dəlmişdi, amma Mübariz özündə o gücü tapdı.O, bir təhər ayağa durub düşmən tərəfə şığıdı.Düşmən şokda idi.Bir neçə güllə yarası almış biri bunu necə edə bilərdi?Düşmən bilmirdi nə etsin?Mübariz yaralı halda düşmənləri bir-bir süngüsünə keçirirdi.
Və həmin düşmən gülləsi...
Mübariz doğma Vətən torpağına sərildi, sanki torpaq da onun yolunu gözləyirdi.Erməni dığaları onun meyidinə belə yaxın düşməyə cürət etmirdi.Bu bir dastan idi.Elə bir dastan idi ki, düşmən heç vaxt bunu unutmayacaq.Bu dastanın yaradıcısı Mübariz İbrahimov idi.Kim idi Mübariz?
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayunun Əliabad kəndində anadan olub.1994 -cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdu.2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdı.Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirib.Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.Bir müddət mülki işlərdə işlədikdən sonra, 2009 -cu ilin avqust ayından yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb.Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda (50-dən çox) əsgər və zabitini gözlənilməz həmlə ilə itkiyə məruz qoyur.Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur.Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır.Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

Həmid Fərhadoğlu
Sosial şəbəkələrdə paylaş: