Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək Ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə təxribata başladılar - FOTO Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb
Tezliklə “Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçiriləcək "İstedad Əngəl Tanımır" gənc puplisist Orxan Adıgözəllə onlayn görüş Prezidentin köməkçisi Hikmət Hacıyev QHT rəhbərləri ilə növəti görüşü keçirib. “SƏLİS Könüllüləri” İctimai Birliyinin təsis konfransı keçirildi
Gənc şair Ağarza Elçinoğlunun şeirlər kitabı nəşr olunub Daşqın Gülməmmədov: Ramiz Həsənov, Eldar Həsənov, Qüdsi Osmanov və bəziləri Rusiya casuslarıdır. “Gənclərə Qayğı” İctimai Birliyi aztəminatlı ailələrə ərzaq yardımı payladı “Gənclərin Töhfəsi” İctimai Birliyi aztəminatlı ailələrə ərzaq yardımı payladı



» » DTX və Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə əlaqədar bəzi komissiyaların tərkibində dəyişikliklər edildi


DTX və Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə əlaqədar bəzi komissiyaların tərkibində dəyişikliklər edildi

21-01-2017, 15:41
Oxunma sayı: 718
DTX və Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə əlaqədar bəzi komissiyaların tərkibində dəyişikliklər edildi

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə əlaqədar bəzi komissiyaların tərkibində dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Respublika.info AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, "Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanının 1-ci hissəsində "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz edilib.

"Radiotezliklər üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 15 avqust tarixli 484 nömrəli Fərmanının 4-cü hissəsindən ", milli təhlükəsizlik " sözləri çıxarılıb, həmin hissəyə "nazirliklərinin" sözündən sonra ", Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin" sözləri əlavə olunub.

"İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 15 aprel tarixli 685 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilib:

1-ci hissədə "Əli Nağıyev - Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini" sözləri "İsmayıl Bağırov - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini" sözləri ilə əvəz edilsin;

3-cü və 4-cü hissələrdə "Milli Təhlükəsizlik Nazirliyi" sözləri "Dövlət Təhlükəsizliyi Xidməti" sözləri ilə əvəz edilsin.

"Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 590 nömrəli Fərmanının 1-ci hissəsindən "Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri" sözləri çıxarılıb və həmin hissədə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri" sözlərindən sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilib:

"Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi".

"Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamının 1-ci hissəsində "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz edilib.

"Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli 196 nömrəli Sərəncamında "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz olunub.

"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamında aşağıdakı dəyişikliklər edilib:

"Komissiyanın sədri" hissəsində "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz edilsin;

"Komissiyanın katibi" hissəsində "Firudin Sadıqov - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin baş müşaviri" sözləri "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri" sözləri ilə əvəz edilsin.

"Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 1348 nömrəli Sərəncamının 1-ci hissəsində "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz edilsin.
Sosial şəbəkələrdə paylaş: