Şura qrant müsabiqələrinin nəticələrini elan etdi Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib
Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO Vətəndaş Hərəkatı beynəlxalq konfransda erməni təcavüzünü və COVİD-19 pandemiyasını müzakirə etdi 846 QHT ötən gecə paytaxtdakı yürüşdə baş verənlərlə bağlı bəyanat yaydı
Politoloq Əli Quliyev: “Bu vətən uğrunda ölməyi də, öldürməyi də bacaran xalq heç vaxt yenilməz”. İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib



» » "10 yaşıma qədər atamın şəhid olduğunu bilmədim" - VİDEO


"10 yaşıma qədər atamın şəhid olduğunu bilmədim" - VİDEO

20-01-2017, 10:53
Oxunma sayı: 599
"10 yaşıma qədər atamın şəhid olduğunu bilmədim" - VİDEO

Atam şəhid olanda mən beş aylıq körpə olmuşam. Anam söhbət edir ki, atam zavodda fəhlə işləyib. Həmin gün o da iş yoldaşları ilə birlikdə meydanda etiraz səsini ucaldanlar sırasında olub. Gecə evə qayıtmayıb. Anam səhər onun şəhid olduğunu öyrənib. Atamı güllə ilə başından vurublar.

Respublika.info xəbər verir ki, bu sözləri Xaçmazdan olan 20 Yanvar şəhidi Zahid Abdullayevin oğlu Tural Abdullayev AZƏRTAC-a müsahibəsində söyləyib.

20 Yanvar şəhidi Zahid Abdullayev doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Uzunoba kəndində dəfn edilib. O, 1959-cu il martın 5-də anadan olub. Bakı Elektrik Maşınqayırma zavodunda fəhlə işləyən Zahid Abdullayev iş yoldaşı Zeynəb ilə ailə qurmuşdu. İki oğul, bir qız atası idi.

Turalın artıq 27 yaşı var. O, şəhid Zahid Abdullayevin sonbeşiyidir. Tural söyləyir ki, 10 yaşına qədər atasının şəhid olduğunu bilməyib. Böyüdülərək evlərinin divarına vurulan şəklin kimə məxsus olduğunu soruşanda böyük qardaşı həqiqəti ona söyləyib. "Mən atamla fəxr edirəm. O, Azərbaycanın müstəqilliyi, azadlığı yolunda şəhid olub. Bu gün azad, firavan yaşamağımızda 20 Yanvar şəhidlərinin, o cümlədən atam Zahid Abdullayevin rolu böyükdür. Bütün şəhidlərimiz kimi, o da Azərbaycan xalqının qəlbində daim yaşayacaq".

31 yaşında şəhid olan Zahid Abdullayevi yad edənlər arasında nəvələri də var.

Şəhidin böyüyüb-başa çatdığı kəndin məktəbi onun adını daşıyır. Zahid Abdullayev adına Uzunoba kənd tam orta məktəbinin foyesində şəhidin xatirə lövhəsi yaradılıb. Hər il məktəbdə şagirdlərinin iştirakı ilə tədbirlər keçirilir, faciəyə həsr olunan inşa və rəsm müsabiqələri təşkil edilir.

20 Yanvar şəhidi Zahid Abdullayevin Xaçmaz şəhərində yerləşən Şəhidlər xiyabanında da xatirə lövhəsi yaradılıb.



Videonu izləmək üçün linkə klikləyin:


http://daytube.az/az/videos/42045/
Sosial şəbəkələrdə paylaş: