“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi” Ucarda Yeni subsidiya qaydaları və Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib. “Açıq hökümət” təşəbbüslərinin təşviqi üçün onlayn -TV yaradılacaq Toy, nişan, nigah və ad günü tədbirlərinizi "Baku Wedding and Events Blog”a əmanət edin-FOTO
"Natelaşvili sərsəm bəyanatları ilə gündəmi dəyişmək istəyir" - Gənc politoloq Murad Muradov “Murmansk Payızı” sənət festivalı keçirilib – FOTOLAR Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu keçiriləcək Göyçayda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda növbəti təlim keçirilib
Saçlarınızın erkən yaşda ağarmasını istəmirsinizsə bu qidalardan uzaq durun! Azərbaycanlı çempiondan Qarabağla bağlı örnək addım Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib.



» » Rusiya azərbaycanlıları "KVN"in erməni separatçılarını dəstəkləməsinə hiddətləniblər - BƏYANAT


Rusiya azərbaycanlıları "KVN"in erməni separatçılarını dəstəkləməsinə hiddətləniblər - BƏYANAT

13-01-2017, 12:13
Oxunma sayı: 387
Rusiya azərbaycanlıları "KVN"in erməni separatçılarını dəstəkləməsinə hiddətləniblər - BƏYANAT

Ümumrusiya Azərbaycan Konqresi yanvarın 10-da Rusiya Federasiyasının Soçi şəhərində start götürən 28-ci Beynəlxalq "KVN" festivalına Dağlıq Qarabağ separatçı rejimini təmsil edən komandanın dəvət edilməsi ilə bağlı Rusiyadakı Azərbaycan diasporu adından bəyanat yayıb.



Respublika.info xəbər verir ki, bəyanatda bildirilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, dünyanın heç bir ölkəsi "Dağlıq Qarabağ Respublikası" adlı ölkə tanımır və buna görə də festivala qondarma respublikanın komandasının dəvət olunması Azərbaycanda olduğu kimi, Rusiyada yaşayan azərbaycanlıların da kəskin narazılığına səbəb olub.

"Rusiya Federasiyası dünyanın ən böyük çoxmillətli dövlətlərindən biridir. Onun ərazisində 193 millətin nümayəndəsi yaşayır. Rusiyanın milli siyasətinin məqsədlərindən biri də etnik və millətlərarası münasibətlərin harmoniyasını təmin etməkdir. Rusiya prezidenti Vladimir Putin dəfələrlə öz çıxışında bildirib ki, tarixən yüzlərlə millət və etnik qrupların ümumi evi sayılan Rusiya üçün millətlərarası anlaşma dövlətin mövcudluğu üçün prioritet və ən vacib şərt sayılır. Rusiya prezidentinin bu fikirləri bizdə böyük ümidlər yaradır, lakin indi biz bir daha Azərbaycana qarşı təxribatın şahidi olduq", - deyə bəyanatda bildirilir.

Həmçinin vurğulanır ki, qondarma respublikadan olan komandanın "KVN" festivalında iştirak etmək üçün Rusiya Federasiyasının sərhədini keçməsi özü "Rusiya Federasiyasının dövlət sərhədləri haqqında" qanunun kobud şəkildə pozulması deməkdir.

Bununla əlaqədar, Ümumrusiya Azərbaycan Konqresi etnik zəmində qarşıdurmaya yol verilməməsi üçün aidiyyatı qurumları müvafiq tədbirlər görməyə, həmçinin, Rusiya Federasiyasının bütün dövlət və ictimai təşkilatlarını Rusiyada millətlərarası münasibətlərin gərginləşməsinə səbəb ola bilən hər hansı bir addımların atılmasının qarşısını almağa çağırıb.


Milli.az
Sosial şəbəkələrdə paylaş: