2 ayda 1700 kubmetrlik limit bitdi Cəbhədə gərginlik qalır: Ermənistan ancaq öz işini çətinə salır Xocalı günü anadan olan aprel şəhidi - VİDEO Minsk Qrupu həmsədrlərindən cəbhədəki son hadisələrlə bağlı BƏYANAT
Trampdan daha bir qıcıqlandırıcı qərar Cəbhədən SON XƏBƏR - Cavablarını veririk Bilməyərək evinizdən atdığınız qiymətli şeylər Limonotunun faydaları
Ağız qoxusu ilə əlaqədar nələri bilməliyik? Maksimum sürəti 120 olan maşın 129-la radara düşüb? Azərbaycanlı idmançı ilə döyüşdə erməni QOVULDU "Evimizdən heç yana gedən deyilik" - CƏBHƏ KƏNDİNDƏN REPORTAJ - VİDEO



» » Azərbaycanın valyuta bazarında hansı dəyişikliklər olacaq?


Azərbaycanın valyuta bazarında hansı dəyişikliklər olacaq?

11-01-2017, 17:53
Oxunma sayı: 618
Azərbaycanın valyuta bazarında hansı dəyişikliklər olacaq?

Azərbaycan Mərkəzi Bankı banklar tərəfindən valyuta mübadilə məzənnəsinin təyin olunması zamanı qoyulan dörd faizlik marjanı aradan qaldırır.

Respublika.info xəbər verir ki, bu barədə Trend-ə bank sektorundakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, məsələ bu gün Mərkəzi Bank və digər bankların rəhbərlikləri arasında keçirilən görüşdə müzakirə olunub.

Qeyd edək ki, bu gün banklar məzənnə təyin olunarkən dördfaizlik dəhlizi nəzərə almalıdır. Məsələn, bu gün dolların məzənnəsi 1,7742 manat həcmində təyin olunub. Beləliklə, valyuta mübadilə məntəqələri dolları əhalidən 1,7033 AZN-dən ucuz ala, 1,8451 AZN-dən baha sata bilməzlər.

Mənbə həmçinin qeyd edib ki, Mərkəzi Bank valyuta hərraclarının keçirilmə prinsiplərində dəyişikliklər edib. Bundan sonra hərraclar həftədə iki dəfə deyil, üç dəfə keçiriləcək.

O, hərracların keçirilmə qaydasında da dəyişikliklərin olduğunu deyib. Mənbə dəyişikliklər barədə ətraflı məlumat verməsə də, bildirib ki,bu hərraclar bazar şərtlərinə daha yaxın formada keçiriləcək.

Mərkəzi Bank tərəfindən bu tədbirlər tam üzən məzənnə rejiminə keçid çərçivəsində həyata keçiriləcək. Bu məsələ bugünki iclasın mövzusu olub. Tam üzən məzənnə rejiminə keçidin, eləcə də dörd faizlik marjanın götürülməsinin tarixləri açıqlanmayıb.
Sosial şəbəkələrdə paylaş: