"Nazimi Rafael ulduz edib" - Brilliant Cəbhədə hər iki ayağını itirən Sərxanın toyudur - FOTO Ermənilərin gəlini erotik sessiyaya çəkildi - FOTO Leylanın 20 yaşı olduğunu kimə desən, inanmaz - VİDEO
Bürclərə inanmaq lazımdır? Dünyanın ən qəribə 7 “dəlixana”sı - İşgəncələr, ölüm... - FOTO Köləlikdən məktəbə: 25 yaşında 1-ci sinfə getdi - FOTO Rusiya dünyaya "kompromat" ixrac edir
Qışda bu çayları için - RESEPTLƏR Məşhur avtoritetin qardaşları Masallıda necə qətlə yetirildilər? - FOTO Məşhur xanım küçədə yarıçılpaq gəzdi - FOTO Anar Məmmədov Trampın andiçməsində iştirak etməyib



» » Zülfiyyə: "Qardaşım dedi ki, başımızı yerə soxdun"-VİDEO


Zülfiyyə: "Qardaşım dedi ki, başımızı yerə soxdun"-VİDEO

11-01-2017, 14:53
Oxunma sayı: 613
Zülfiyyə: "Qardaşım dedi ki, başımızı yerə soxdun"-VİDEO

"Anam deyirdi ki, al başına, çırp yerə"

Respublika.info xəbər verir ki, ARB TV-də yayımlanan "Gəlin danışaq" proqramının növbəti qonağı cüdoçu, sambo üzrə 11 qat dünya çempionu Zülfiyyə Hüseynova olub.

Maraqlı açıqlamaları ilə yaddan qalan idmançı ilk məşqindən və ailəsinin onun seçdiyi peşəyə olan baxışından danışıb.

"İlk məşqimə anam apardı. Məcid müəllim 1 məşq keçdikdən sonra gördü ki, fiziki cəhətdən çox güclüyəm, amma texnikadan anlayışım yoxdur. Yalnız uşaqlıqda elədiyimiz "badalaq" fənnini bilirdim. Anam gəlib Məcid müəllimə dedi ki, bundan bir şey çıxacaqsa, qalsın, çıxmayacaqsa, aparım. Müəllim mənə baxaraq: "Yox, çıxar, niyə çıxmasın? Hələ bir məşqə mən nə deyə bilərəm?" - dedi. Ailəm çalışırdı ki, mən idmandan uzaqlaşım. Amma Allahın yazdığına pozu yoxdu. Şükürlər olsun".

Dünya çempionu həmçinin ailəsinin ona dəstəyini də qeyd edib.

"Bir yarışda 3-cü yerə çıxdım. Qardaşım gəlib dedi ki, başımızı soxdun yerə. Niyə 1-ci yerə çıxa bilmədin? Dedim ki, heç mənə icazə vermirdin idmana getməyə, indi isə 1-ci yer istəyirsən. Anam da həmişə deyirdi, meydana çıxanda al başına, çırp yerə. Başa salırdım ki, mənimlə qarşılaşan da idmançıdır və mənim bildiklərimi onlar da bilirlər. Deyirdi ki, yox, sən mənim qızımsan, sən gərək başına alıb çırpasan yerə. Ailəm Azərbaycandakı yarışlara gəlirdi, ancaq xarici dövlətlərdə təşkil olunanlara - yox".

Videonu izləmək üçün linkə klikləyin:


http://daytube.az/az/videos/41524/
Sosial şəbəkələrdə paylaş: