Milli Qəhrəmanlarımızın beynəlxalq aləmdə tanınmasında CİDDİ ADDIM Hər səhər limonlu-ballı su için... - İNANILMAZ NƏTİCƏ Mağazalarda distillə edilmiş adı altında çirkli sular satılır - ŞOK FAKT - VİDEO Azərbaycanlı tələbə ilkə imza atıb - VİDEO
Uşaqlıq boynu xərçənginin RİSK FAKTORLARI Azərbaycanlı teleaparıcıdan tükürpədici ETİRAFLAR: "Atam bizi itirib-axtarmadı, onu qəbul etmirəm" - FOTO Agenti Balotellinin dilini kəsəcəyinə söz verib 71 yaşlı müğənnidən cəsur pozalar - FOTO
“Elmi və bədii ədəbiyyata marağı kütləviləşdirmə” layihəsi sona çatdı-FOTO Dünya bu qızın qısqanclığından danışır - VİDEO Siqaret haqqında həqiqətlər: ölümə səbəb olan sahələr niyə təşviq edilir? Facebook-da bu da olacaq - YENİLİK



» » Dəridə qaşıntı nədən olur?


Dəridə qaşıntı nədən olur?

10-01-2017, 21:37
Oxunma sayı: 491
Dəridə qaşıntı nədən olur?

Dərman qəbul edildiyi zaman, açıq və küləkli havada gəzdikdən sonra, sintetik paltar geyinən zaman dərinizdə qaşıntıların olması sizin allergiyaya meyilli olduğunuzu göstərir. Dəridə qaşıntıların olması insanı narahat edən bir hissdir. Qaşınma hissi artarsa dəridə qızartılar, şişkinlik, ağrı, qabıqvermə və yara izi kimi izlər qoyur. Dəridə qaşıntıların olması qaşıntılardan sonra dəridə cızıqların əmələ gəlməsinə səbəb olur.
Respublika.info xəbər verir ki, dəridə qaşınmanın əmələ gəlməsinin bir çox səbələri ola bilr. Qaşıntı müxtəlif dərmanların orqanizmə verdiyi allergiya səbəbli, əsəb sistemində baş verən xəstəliklər zamanı, suçiçəyi, qızılca və məxmərək xəstəliklərində də meydana çıxır. Qaşınma zamanı dəridə əmələ gələn qaşıntı izləri bir müddət sonra sağala bilir, amma suçiçəyi zamanı yara qaşınıb dərinin tamlığı pozularsa, dəridə izlər qoya bilir. Qaşıntı yerinə infeksiyanın düşməsi yaranın dərinləşməsinə və adi bir qaşıntının problemə çevrilməsinə səbəb ola bilər.
Dəridə qaşıntıların meydana gəlməsi dermatit adlı dəri xəstəliyinin əlamətidir. Müxtəlif kosmetik vasitələr, ətirlər, kremlər, paltar yumaq üçün istifadə edilən yuycu tozlar, zərərli bitkilər dəridə qaşıntının əmələ gəlməsinə səbəb ola bilir.


İmmunitet.az
Sosial şəbəkələrdə paylaş: