Milli Qəhrəmanlarımızın beynəlxalq aləmdə tanınmasında CİDDİ ADDIM Hər səhər limonlu-ballı su için... - İNANILMAZ NƏTİCƏ Mağazalarda distillə edilmiş adı altında çirkli sular satılır - ŞOK FAKT - VİDEO Azərbaycanlı tələbə ilkə imza atıb - VİDEO
Uşaqlıq boynu xərçənginin RİSK FAKTORLARI Azərbaycanlı teleaparıcıdan tükürpədici ETİRAFLAR: "Atam bizi itirib-axtarmadı, onu qəbul etmirəm" - FOTO Agenti Balotellinin dilini kəsəcəyinə söz verib 71 yaşlı müğənnidən cəsur pozalar - FOTO
“Elmi və bədii ədəbiyyata marağı kütləviləşdirmə” layihəsi sona çatdı-FOTO Dünya bu qızın qısqanclığından danışır - VİDEO Siqaret haqqında həqiqətlər: ölümə səbəb olan sahələr niyə təşviq edilir? Facebook-da bu da olacaq - YENİLİK



» » Sevdiyi qızı qaçırdı, ailəsi illərdir hədələyir


Sevdiyi qızı qaçırdı, ailəsi illərdir hədələyir

9-01-2017, 21:28
Oxunma sayı: 489
Sevdiyi qızı qaçırdı, ailəsi illərdir hədələyir

5 ilə yaxındır bir-birlərini sevdiklərini deyən 23 yaşlı oğlan və qız qoşulub qaçıblar. Gənc qız atasının onu məcburən başqa oğlana ərə vermək istədiyi üçün belə etdiyini deyir. Oğlanın valideynləri isə qız evinin təzyiqi ilə üzləşiblər. Onlar qızlarının zorla qaçırıldığını iddia edir və polisə müraciət ediblər. Gənclər isə video çəkərək internetə yerləşdiriblər ki, zorla qaçmayıb və ya qaçırılmayıblar.

Respublika.info xezerxeber.az-a istinadən bildirir ki, Ağcəbədi sakini 23 yaşlı iki gəncin məhəbbəti onları dərdə salıb. Qızın valideynlərinin onu istəmədiyi oğlana ərə vermək təşəbbüsünə görə 5 ilə yaxındır bir birlərini sevən gənclər qoşulub qaçıblar.

Məmmədovlar ailəsində narazılıq oğlanın valideynləri ilə ilkin razılıqdan sonra başlayıb. Atası oğlan evinə "hə" dedikdən sonra Günay Məmmədova Elnur Əhmədova qoşulub qaçsa da xoşbəxt ola bilmirlər. Gənclər bildirir ki, qızın əmisi və dayısı onlara təzyiq göstərir, hədə-qorxu gəlir və evə qayıtmasını tələb edirlər. Üstəlik oğlanın valideynlərini də incidirlər.

Olduqları yerləri valideynlərinə də bildirməyən gənclər internetə yerləşdirdikləri video-müraciətdə belə danışıblar. Elnurun qardaşı Rahib Əhmədov da onların harada olduğunu bilmədiklərini deyir.

Onun sözlərinə görə, Günayın ailəsi dayanmadan onların evlərinə gəlib valideynlərinə hədə-qorxu gəlir.

Ancaq qızın video müaciətinə baxmayaraq atası Şahin Məmmədov onun öz istəyi ilə qaçmasına inanmır və buna görə də polisə şikayət edib. Onun sözlərinə görə, əgər qızı qohumlarında kim iləsə görüşüb özünün öz razılığı ilə qaçdığını etiraf etsə, məsələ ilə bağlı şikayəti geri götürəcək. Hazırda isə onlar qızın zorla qaçırıldığını düşünürlər.

Qaçırılma hadisəsi ilə bağlı olaraq Ağcabədi rayonunda əməliyyat axtarış tədbirləri həyata keçirilir. Qız yeniyetmə olmadığı üçün özü polis bölməsinə müraciət edərək həqiqətən öz razılığı ilə qaçdığını etiraf etsə, oğlan cinayət məsuliyyətindən azad olunacaq. Əks halda oğlan barəsində cinayət işi başlanılacaq.
Sosial şəbəkələrdə paylaş: