Müdafiə Nazirliyi: Əsgərin həlak olması barədə məlumat yalandır - VİDEO Bakıda taksofon yerindən çıxdı, avtobus dayanacağı aşdı - FOTO "WhatsApp" əvvəlki halına qayıdır - Narazılıq yaradan funksiya ləğv olunur Ermənistan döyüş meydanından meyitlərin çıxarılmasına mane oldu - ŞƏRTLƏRİ POZDU
Bakıda qoğal satan kişi dispetçerin qulağını kəsdi Ermənilər minaatanlardan mövqelərimizi ATƏŞƏ TUTUBLAR Əməkdar artist təcili xəstəxanaya yerləşdirildi - FOTO 2 ayda 1700 kubmetrlik limit bitdi
Cəbhədə gərginlik qalır: Ermənistan ancaq öz işini çətinə salır Xocalı günü anadan olan aprel şəhidi - VİDEO Minsk Qrupu həmsədrlərindən cəbhədəki son hadisələrlə bağlı BƏYANAT Trampdan daha bir qıcıqlandırıcı qərar



» » Qaxlı qadının qeyri-adi sənəti - VİDEO


Qaxlı qadının qeyri-adi sənəti - VİDEO

9-01-2017, 17:56
Oxunma sayı: 709
Qaxlı qadının qeyri-adi sənəti - VİDEO

Qədim zamanlardan bu günümüzə kimi gəlib çatan nalbəndliyi indi yaşadanlar barmaqla sayılacaq qədər azdır. Adətən, bu sənətlə yalnız kişilər məşğul olsa da, biz indi bu sənəti yaşadan bir ailədən söhbət açacağıq. Bu ailədə həm ər, həm də onun xanımı nalbəndliklə məşğuldur. Qadın hara, nal hara, bənd hara? - artıq deməyəcəksiz.

Respublika.info xəbər verir ki, Salahovlar ailəsinin Azərbaycanda yeganə dəmirçi ailəsi olmasını əbəs yerə demədik. Ola bilər ki, hansısa rayonda ata-oğuldan ibarət belə dəmirçi ailəsi olsun. Ancaq ömür-gün yoldaşına dayaq olaraq ağır çəkiclə incə əlləri ilə qalın dəmir parçalarını muma döndərən qadın çətin tapılsın.

Rübabə xanım 35 ildir Xanlar ustaya həm şagirdlik edir, həm də artıq bu işin ustasına çevrilib. Xanlar usta Şimal-Qərb bölgəsində nalbənd olaraq tanınır. 40 il öncə şagird kimi nalbənd Abdurəhman ustanın yanında öyrənib bu sənəti. Nalı atın ayağına vurmazdan əvvəl nalın hazırlanması da yüksək ustalıq tələb edir. Bu işi bir nəfər görə bilməz. Biri tutur, biri vurur. Sonda daş kömürün istiliyindən yumşalan dəmir parçası nal formasına düşür. Zərgər dəqiqliyi ilə hazırlanan nalların vurulmasında da elə bu dəqiqlik öz əksini tapmalıdır. Mıxlama zamanı ani bir səhv atın ayağına zədə vura bilər və at yerimə qabiliyyətini itirər.

Nal vurma təqribən yarım saat, 45 dəqiqə çəkə bilir. Bir cüt nal 7-8 manata başa gəlir. Yəni bir atın dörd nalı 15 manat edir. Çörəyini dəmirdən çıxaran Salahovlar ailəsinin yanına gələnlər kifayət qədərdir.

Videonu izləmək üçün linkə klikləyin:


http://daytube.az/az/videos/41399/

ARB tv
Sosial şəbəkələrdə paylaş: