Müdafiə Nazirliyi: Əsgərin həlak olması barədə məlumat yalandır - VİDEO Bakıda taksofon yerindən çıxdı, avtobus dayanacağı aşdı - FOTO "WhatsApp" əvvəlki halına qayıdır - Narazılıq yaradan funksiya ləğv olunur Ermənistan döyüş meydanından meyitlərin çıxarılmasına mane oldu - ŞƏRTLƏRİ POZDU
Bakıda qoğal satan kişi dispetçerin qulağını kəsdi Ermənilər minaatanlardan mövqelərimizi ATƏŞƏ TUTUBLAR Əməkdar artist təcili xəstəxanaya yerləşdirildi - FOTO 2 ayda 1700 kubmetrlik limit bitdi
Cəbhədə gərginlik qalır: Ermənistan ancaq öz işini çətinə salır Xocalı günü anadan olan aprel şəhidi - VİDEO Minsk Qrupu həmsədrlərindən cəbhədəki son hadisələrlə bağlı BƏYANAT Trampdan daha bir qıcıqlandırıcı qərar



» » Obamadan Avropaya XƏBƏRDARLIQ


Obamadan Avropaya XƏBƏRDARLIQ

9-01-2017, 15:40
Oxunma sayı: 497
Obamadan Avropaya XƏBƏRDARLIQ

Yanvarın 20-də vəzifəsini tərk edəcək ABŞ prezidenti Barak Obama ötən bazar günü ABC teleşirkətinə verdiyi müsahibədə bildirib ki, prezidentlik dövründə onun qəbul etdiyi ən mürəkkəb qərar 2010-cu ildə 30 min Amerika hərbi qulluqçusunun Əfqanıstana göndərilməsi barədə qərar olub. Prezident vurğulayıb ki, bu addım onun seçkiqabağı vədlərinə zidd olsa da, "Taliban" hərəkatının güclənməsi səbəbindən zəruri addım idi. Onun fikrincə, Əfqanıstanda və İraqda siyasi vəziyyət yenə qeyri-sabit olduğuna görə, bu gün də həmin ölkələrdə amerikalı hərbçilərin olması zəruridir.

Respublika.info AZƏRTAC-a istinadən xəbər verir ki, Obama onu da etiraf edib ki, dezinformasiya və kiberhücumların hansı nəticələrə gətirib çıxara biləcəyini, onların Qərb cəmiyyətinə necə təsir göstərə biləcəyini lazımınca qiymətləndirməyib. Prezident göstərib ki, bu təhlükənin dərəcəsini hamının anlaması üçün üçüncü ölkələrdə haker hücumları barədə kəşfiyyat məlumatlarının dərc edilməsinə icazə verib. Obama daha sonra deyib ki, bu yolla o, yaxın gələcəkdə seçkilər keçiriləcək Avropa ölkələrinə müdaxilə ehtimalı barədə xəbərdarlıq etmək istəyir.
Sosial şəbəkələrdə paylaş: