Müdafiə Nazirliyi: Əsgərin həlak olması barədə məlumat yalandır - VİDEO Bakıda taksofon yerindən çıxdı, avtobus dayanacağı aşdı - FOTO "WhatsApp" əvvəlki halına qayıdır - Narazılıq yaradan funksiya ləğv olunur Ermənistan döyüş meydanından meyitlərin çıxarılmasına mane oldu - ŞƏRTLƏRİ POZDU
Bakıda qoğal satan kişi dispetçerin qulağını kəsdi Ermənilər minaatanlardan mövqelərimizi ATƏŞƏ TUTUBLAR Əməkdar artist təcili xəstəxanaya yerləşdirildi - FOTO 2 ayda 1700 kubmetrlik limit bitdi
Cəbhədə gərginlik qalır: Ermənistan ancaq öz işini çətinə salır Xocalı günü anadan olan aprel şəhidi - VİDEO Minsk Qrupu həmsədrlərindən cəbhədəki son hadisələrlə bağlı BƏYANAT Trampdan daha bir qıcıqlandırıcı qərar



» » Xoşqədəm canlı veriliş aparacaq


Xoşqədəm canlı veriliş aparacaq

8-01-2017, 17:54
Oxunma sayı: 513
Xoşqədəm canlı veriliş aparacaq

Araşdırmaçı-jurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" verilişi bu ildən etibarən canlı yayımlanacaq. Veriliş hər bazar günü 21:00-da efirə gedəcək.

Respublika.info xəbər verir ki,bu barədə məlumatı aparıcının özü "Report"a təsdiq edib.
"Bəli, bu doğrudur. Əvvəl "Səni axtarıram" bazar günü saat 22:00-da yayımlanırdı. Bu ildən belə olmayacaq. Tamaşaçılar həmişə verilişin gec başlamasından gileylənirdilər. Artıq onlar da öz arzularına çatacaqlar. Bu, həmçinin mənim də ən böyük arzum idi. İllər idi ki, verilişin canlı olmasını istəyirdim və "Xəzər" telekanalının rəhbərliyi mənim bu arzumun gerçəkləşməsinə şərait yaratdı. Onlara təşəkkür edirəm. "Səni axtarıram"da canlı bağlantılar, telekörpülər olacaq, studiyada insanlara axtardığı şəxslər barədə anındaca məlumatlar veriləcək. İnşallah, tamaşaçılar fərqli bir veriliş izləyəcəklər. Onu da qeyd edim ki, veriliş təkcə bu həftə canlı olmayacaq, gələn həftədən isə canlı yayımlanmağa başlayacaq", - deyə X.Hidayətqızı bildirib.
Sosial şəbəkələrdə paylaş: