Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək Ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə təxribata başladılar - FOTO Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb
Tezliklə “Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçiriləcək "İstedad Əngəl Tanımır" gənc puplisist Orxan Adıgözəllə onlayn görüş Prezidentin köməkçisi Hikmət Hacıyev QHT rəhbərləri ilə növəti görüşü keçirib. “SƏLİS Könüllüləri” İctimai Birliyinin təsis konfransı keçirildi
Gənc şair Ağarza Elçinoğlunun şeirlər kitabı nəşr olunub Daşqın Gülməmmədov: Ramiz Həsənov, Eldar Həsənov, Qüdsi Osmanov və bəziləri Rusiya casuslarıdır. “Gənclərə Qayğı” İctimai Birliyi aztəminatlı ailələrə ərzaq yardımı payladı “Gənclərin Töhfəsi” İctimai Birliyi aztəminatlı ailələrə ərzaq yardımı payladı



» » Yaponiya, Koreya və İndoneziyanı Azərbaycana cəlb edən SƏBƏB


Yaponiya, Koreya və İndoneziyanı Azərbaycana cəlb edən SƏBƏB

5-01-2017, 18:06
Oxunma sayı: 608
Yaponiya, Koreya və İndoneziyanı Azərbaycana cəlb edən SƏBƏB
Bu il Azərbaycana Yaponiya, Koreya və İndoneziyadan gələn turistlərin sayının artacağı gözlənilir.
Respublika.info xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, həmin ölkələrdən olan turistlər və turizm şirkətləri Azərbaycana maraq göstərirlər. Bu məqsədlə İndoneziyanın turizm şirkətlərindən ibarət böyük nümayəndə heyəti də Azərbaycanda səfərdə olub: "İndoneziya 240 milyonluq əhalisi olan böyük müsəlman ölkəsidir. Onların Azərbaycan bazarına daxil olması turizmin inkişafına təsir göstərəcək".

M.Ağakərimov bildirib ki, ötən il Azərbaycana ərəb ölkələri, İran, Rusiya və Qazaxıstandan gələn turistlərin sayı artıb. Bu il həmin ölkələrdən gələn turistlərin sayının daha da artacağı gözlənilir.

AzTA sədrinin müşaviri hesab edir ki, ümumilikdə ötən ilə nisbətən 2017-ci ildə Azərbaycana daha çox turistin gələcəyi gözlənilir: "Azərbaycana Avropa ölkələrindən də turistlər gəlir. Amma təbii ki, bu say bir qədər azdır. Hesab edirik ki, Avropa ölkələrindən də Azərbaycana gələcək turistlərin sayı artacaq. Amma turistlərin sayının artması üçün vacib məsələlərdən biri də hostellərin, 1-2 ulduzlu hotellərin tikilməsidir".

M.Ağakərimovun fikrincə, Azərbaycanda hostellər və 1-2 ulduzlu hotellər tikildikdən sonra ərəb ölkələrindən, İrandan, Rusiyadan, o cümlədən Şimali Qafqazdan gələn turistlər məhz bu tipli hotellərdə yerləşməyə üstünlük verəcəklər.
Sosial şəbəkələrdə paylaş: