Milli Qəhrəmanlarımızın beynəlxalq aləmdə tanınmasında CİDDİ ADDIM Hər səhər limonlu-ballı su için... - İNANILMAZ NƏTİCƏ Mağazalarda distillə edilmiş adı altında çirkli sular satılır - ŞOK FAKT - VİDEO Azərbaycanlı tələbə ilkə imza atıb - VİDEO
Uşaqlıq boynu xərçənginin RİSK FAKTORLARI Azərbaycanlı teleaparıcıdan tükürpədici ETİRAFLAR: "Atam bizi itirib-axtarmadı, onu qəbul etmirəm" - FOTO Agenti Balotellinin dilini kəsəcəyinə söz verib 71 yaşlı müğənnidən cəsur pozalar - FOTO
“Elmi və bədii ədəbiyyata marağı kütləviləşdirmə” layihəsi sona çatdı-FOTO Dünya bu qızın qısqanclığından danışır - VİDEO Siqaret haqqında həqiqətlər: ölümə səbəb olan sahələr niyə təşviq edilir? Facebook-da bu da olacaq - YENİLİK



» » Azərbaycanda spirtli içkilərin satışına qadağa LƏGV OLUNDU


Azərbaycanda spirtli içkilərin satışına qadağa LƏGV OLUNDU

1-01-2017, 09:45
Oxunma sayı: 517
Azərbaycanda spirtli içkilərin satışına qadağa LƏGV OLUNDU

Bu gündən Azərbaycanda spirtli içkilərin pərakəndə nağd qaydada satışına qoyulan qadağa aradan qaldırılıb.

Respublika.info "Report"a istinadən bildirir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Bu fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.
Dekabrın 31-dək markalanmalı malların (pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmirdi.
Qaydada edilən dəyişikliyə əsasən, aksiz markası ilə markalanmalı malların (pərakəndə satış istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilməyəcək. Yəni, bundan sonra içməli spirt, spirtli içkilərin bütün növlərinin pərakəndə nağd qaydada satışına icazə veriləcək.
"Aksiz markası ilə markalanmalı olan mallar" dedikdə içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər nəzərdə tutulur.
Sosial şəbəkələrdə paylaş: