Qayınatası gəlininə təcavüz etdi, onu başqa kişilərə satdı - FOTO Obama ailəsi ilə 5,3 milyonluq evə köçür - FOTO Baş məşqçi Kamran Ağayevin cəzasından danışdı Azərbaycanda qəndin içindən şurup çıxdı - FOTO
"Dedilər ki, 99% bu ölüb" - 6 güllə yarası alan adam - VİDEO Rus deputatın 15 yaşlı qızı intim reklama çəkildi - Pula görə - FOTO SON DƏQİQƏ : İŞİD Palmiranı MƏHV ETDİ Bakıda qumarxana aşkarlanıb, saxlanılanlar var
Həftəsonuna olan hava proqnozu Ronaldunu "Real"dan göndərirlər - Çinə "10 yaşıma qədər atamın şəhid olduğunu bilmədim" - VİDEO Amerikadakı soydaşımızın 20 Yanvar faciəsi barədə filmi - VİDEO



» » Prezident İlham Əliyev Azərbaycan və Avropa Komissiyası arasında "Maliyyələşdirmə Sazişi"ni təsdiq edib


Prezident İlham Əliyev Azərbaycan və Avropa Komissiyası arasında "Maliyyələşdirmə Sazişi"ni təsdiq edib

31-12-2016, 14:29
Oxunma sayı: 302
Prezident İlham Əliyev Azərbaycan və Avropa Komissiyası arasında "Maliyyələşdirmə Sazişi"ni təsdiq edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair "Maliyyələşdirmə Sazişi"nin təsdiqi barədə fərman imzalayıb.

Respublika.info xəbər verir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair "Maliyyələşdirmə Sazişi" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avropa Komissiyasına bildiriş göndərsin".


Azərtac
Sosial şəbəkələrdə paylaş: