Azərbaycandan Trampa özəl hədiyyə Ağ Evə göndərildi - VİDEO Xərçənglə mübarizədə NÖVBƏTİ İNQİLAB Dinozavrlar qayıdır? Sərdarın model xanımının sirri açıldı
"Bozbaş"ın "ağsaqqal"ı evlənir Hansı qan qrupu XƏRÇƏNGƏ TUTULMUR? Rusiyanın energetika nazirindən neftin qiymətinə dair PROQNOZ Türkiyənin məşhur aparıcısı Azərbaycana köçür - FOTO
Azərbaycanlı milyarderin oğlu model sevgilisi ilə - FOTO Donald Trampdan etirazlara MÜNASİBƏT Müğənni oğlunun dayəsinə hər ay 15 min pul verəcək Milyarderə edam ediləcəyini bildirdilər



» » DAA Nikolay Bordyujaya müraciət etdi


DAA Nikolay Bordyujaya müraciət etdi

30-12-2016, 18:16
Oxunma sayı: 274
DAA Nikolay  Bordyujaya müraciət etdi

Dünya Azərbaycanlıları Assambleyası “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)-nın baş katibi Nikolay Bordyujaya Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən hadisəylə bağlı rəsmi müraciət ünvanlayıb.
Dünya Azərbaycanlıları Assambleyasının Mətbuat Xidmətindən Respublika.info-ya verilən məlumata görə, müraciətdə Ermənistan rəhbərliyinin Azərbaycana qarşı təxribat plan hazırladığı qeyd edilib və Nikolay Bordyujanın bu provakasiyaya getməməyi bildirilib.
“Hörmətli Nikolay Bordyuja, müraciətimiz sizin dekabrın 29 Azərbaycan-Ermənistan sərhəddində baş verən silahlı toqquşmaya verdiyiniz bəyanatla ilə bağlıdır.
Bildirmək istəyirik ki, Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Elə həmin gün Azərbaycanın işğal olunmuş Ağdam rayonunun təmas xəttində yerləşən Əhmədağalı kəndi Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalıb. Ermənilərin atdığı mərmilərdən biri kənd sakini Mətləb Əliyevə məxsus ikimərtəbəli evə düşüb. Nəticədə yanğın baş verib və 8 otaqlı 338 kv.m-lik evin 318 kv.m-i əşyaları ilə birlikdə tamamilə yanıb. Bu mənada Ermənistanın Azərbaycan dövlət sərhədində təxribatlar törətməsi təsadüfi deyil. Daha sonra erməni tərəf təxribatın ardınca yanlış informasiyalar yaymaqda davam edib. Üstəlik, Ermənistan Azərbaycanın guya 7 itki verdiyi, həlak olanların meyitlərinin guya Ermənistan tərəfdə qaldığı barədə iddialarla çıxış edib.
Sizin bəyanatınız ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların ruhuna tam ziddir. Ən başlıcası isə bu gün Azərbaycanla Rusiya arasında mövcud olan dostluq və stateji tərəfdaşlıq prinsiplərinin əleyhinədir və onunla bir araya sığmır. KTMT-nin heç bir üzvü – Qazaxıstan, Qırğızıstan, Belarus, Tacikistan, Özbəkistan, Rusiya və hətta Ermənistan DQR adlı bir qurum tanımadığı halda sizin bu bəyanatı verməyiniz təmsil olunduğunuz təşkilatın nizamnaməsini ciddi şəkildə pozmuş olur. Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında münaqişənin həll edilməsinin tərədarıdır.
Ümid edirik ki, kənar qüvvələr dostluğumuza xələl gətirə biləməyəcək və siz buna daha adekvat qiymət verəcəksiniz.”
Qeyd edək ki, Bordyuja bəyanatında “Cari ilin aprel ayında Dağlıq Qarabağ Respublikasında ağır silahların və zirehli texnikanın istifadəsi ilə baş verən insidenti nəzərə alaraq, KTMT-yə üzv ölkənin ərazisində baş verən bu olayı təxribat kimi qiymətləndiririk”, - deyə qeyd etmişdi.
Sosial şəbəkələrdə paylaş: