Xərçəngin qarşısını alan MÖHTƏŞƏM RESEPT Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK Bakıda süd alarkən diqqətli olun - VİDEO Dizellə işləyən avtomobillərin sayı sürətlə artır - SƏBƏB
İnfarkt və insultun qarşısını alan qidalar Rus gözəl Neymarın fanatıdır - FOTO Azərbaycanın ilk milyarderi Yelmar Məmmədov Azərbaycanda kreditlər ucuzlaşdı
Körpə qız qaynar süd qazanına düşdü Tolik: "Məni qaranlığa aparıb soyundurdu" - VİDEO Məktəb müəllimi əvvəllər fahişəlik edibmiş, sirri açıldı, işdən qovuldu - FOTO Xaçmazda iş adamının ciblərindən 88 min dollar çıxardılar



» » "Tək qolla odun doğrayıram" - Qazsızlıqdan üsyan edən sakinlər - VİDEO


"Tək qolla odun doğrayıram" - Qazsızlıqdan üsyan edən sakinlər - VİDEO

27-12-2016, 20:32
Oxunma sayı: 571
"Tək qolla odun doğrayıram" - Qazsızlıqdan üsyan edən sakinlər - VİDEO

Respublika.info xəbər verir ki, bura Sumqayıtın Yaşıldərə adlanan ərazisində, massiv 4 məhəlləsində yaşayan sakinlər uzun illərdir ki, təbii qaz problemindən əziyyət çəkirlər. Yaşanan problem əhalini çıxılmaz vəziyyətə salıb. İllərdir ki, sakinlərə söz verilir ki, məhəllədə sözügedən məsələ öz həllini tapacaq. Lakin görünən dağa nə bələdçi. Düzdür, bu ərazinin bir hissəsinə qaz borusu çəkilib. Amma sayğaclar quraşdırılmadığından mavi yanacağın verilməsində ləngimələr yaşanır. Problemin həlli ilə bağlı sakinlərə söz verilsə də, vəziyyət göz qabağındadır. Məhəllənin digər hissəsində isə vəziyyət daha acınacaqlıdır. Sakinlər iddia edirlər ki, bu ərazilərin qazlaşdırılması və sayğaclaşdırılması üçün hər ailədən 400 manat vəsait yığılıb. Həmin məğləğ özünü tenderin işçisi kimi təqdim edən Tahir adlı şəxsə təqdim olunub. Elə həmin gündən etibarən Tahiri nə gördüm deyən var, nədə ki haqqında bir söz eşidən. Sakinlərdən qazın çəkilməsi üçün vəsait toplayan Tahir adlı şəxslə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz boşa çıxdı.

Məsələyə aydınlıq gətirmək üçün üz tutduq "Azəriqaz" İstehsalat Birliyinə. Qurumun sözçüsü İbrahim Kərbəlayev yaranmış vəziyyətdən çıxış yolunu sakinlərin "ASAN Xidmət"ə müraciət etməsində gördü.

Millət Şahbazlı (sakin): "Burada çoxdan yaşayıram. 5-6 ildir burada qaz yoxdur. Özüm də paralic adamam. Tək qolla odun doğrayıram. Bu gün-sabah deyə-deyə 5 aydı bizi aldadırlar".

Xumar Şahbazlı (sakin): "Bu əhatədə qaz yoxdur. Çoxdan qalırıq. Burada ziyalılar, müəllimlər, həkimlər, körpəsi olanlar və s yaşayır. Hamımız narazıyıq. Gərək saat 6-7-dən durub su qızdıraq ki, uşaqlar bir tikə yemək yeyib dərsə getsin".

İlham Məmmədov (sakin): "Pul da yığıb vermişik. Qazımız yoxdur. Olmaz belə yaşamaq. Respublikanın ən ucqar kəndlərinə qaz çəkilir, amma Sumqayıta yox".

Gülzar Xankişiyeva (sakin): "Bizi aldadırlar. Bu gün - sabah deyirlər. Artıq qış çıxır, neynirik qazı?!"

Lalə Hüseynəliyeva (sakin): "İndi hansı dövrdür ki, odun peçi işlədirik?! Şəhərdən bir az aralıyıq. Şikayətimizə baxan yoxdur. Gətirib bir az turba tökdülər. Guya ki, hansısa bir iş gedəcək. Heç bir irəliləyiş yoxdur".


Videonu izləmək üçün linkə klikləyin:


http://daytube.az/az/videos/40865/

ARB 24
Sosial şəbəkələrdə paylaş: