"Nazimi Rafael ulduz edib" - Brilliant Cəbhədə hər iki ayağını itirən Sərxanın toyudur - FOTO Ermənilərin gəlini erotik sessiyaya çəkildi - FOTO Leylanın 20 yaşı olduğunu kimə desən, inanmaz - VİDEO
Bürclərə inanmaq lazımdır? Dünyanın ən qəribə 7 “dəlixana”sı - İşgəncələr, ölüm... - FOTO Köləlikdən məktəbə: 25 yaşında 1-ci sinfə getdi - FOTO Rusiya dünyaya "kompromat" ixrac edir
Qışda bu çayları için - RESEPTLƏR Məşhur avtoritetin qardaşları Masallıda necə qətlə yetirildilər? - FOTO Məşhur xanım küçədə yarıçılpaq gəzdi - FOTO Anar Məmmədov Trampın andiçməsində iştirak etməyib



» » İşıq pulunu yeni tariflə ödəmisiz? - "Azərişıq"dan AÇIQLAMA


İşıq pulunu yeni tariflə ödəmisiz? - "Azərişıq"dan AÇIQLAMA

23-12-2016, 18:45
Oxunma sayı: 801
İşıq pulunu yeni tariflə ödəmisiz? - "Azərişıq"dan AÇIQLAMA

Dekabrda yeni tariflə edilmiş ödənişlər Tarif (qiymət) Şurasının qəbul etdiyi yeni güzəştli limitə uyğun tənzimlənəcək.
Respublika.info xəbər verir ki, bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AZƏRTAC-a Tarif (qiymət) Şurasının son qərarını şərh edərək bildirib.

"Dekabr ayında 250 kilovat-saatı keçdiklərinə görə istifadə etdikləri hər kilovat-saata 11 qəpik ödəyənlərin hesabını qurumda istifadə olunan sistem avtomatik tənzimləyəcək və 300 kilovat-saata qədər olan hissəni 7 qəpikdən hesablayacaq. Yalnız 300 kilovat-saatı keçəndən sonra 11 qəpik tarifi tətbiq ediləcək. Abonentin ödəmiş olduğu qalan vəsait növbəti günlərdə istifadə etdiyi elektrik enerjisinə uyğun hesablanacaq", - deyə T.Mustafayev qeyd edib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Tarif (qiymət) Şurasının iclasında əhali üçün tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb.

Sosial şəbəkələrdə paylaş: