Yevlaxda vətəndaşları narahat edən məsələlər yerindəcə həll olunur. Yevlax şəhərində vətəndaşların növbəti səyyari qəbulu keçirildi. Şuranın yardımı ilə hazırlanan filmlərdən ibarət vahid elektron baza yaradılır Süpürkəçi 19 00
“Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası” Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA
Səlim Müslümov Cenevrəni necə qurutdu... İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar Ağdaş sakini bıçaqlanaraq ağır xəsarət alıb



» » Peskov Putinin səfirin öldürülməsinə reaksiyasından danışdı


Peskov Putinin səfirin öldürülməsinə reaksiyasından danışdı

21-12-2016, 18:58
Oxunma sayı: 514
Peskov Putinin səfirin öldürülməsinə reaksiyasından danışdı


Rusiya prezidenti Vladimir Putin səfir Andrey Karlovun Türkiyədə qətlə yetirilməsi xəbərini çox ağır şəkildə qəbul etdi.
Respublika.info xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov "Mir" televiziyasına açıqlamasında bildirib.

Onun sözlərinə görə, V.Putin baş vermiş təxribatı şiddətlə qınayıb: "Prezident bunu terror aktı, insan faciəsi kimi dəyərləndirib. Buna görə də onun üçün çox ağır xəbər olub".

Kremlin rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, öldürülmüş diplomatı şəxsən tanıyıb: "Onun ölümü XİN, eləcə də Rusiya və Türkiyə münasibətləri üçün böyük itkidir".

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri, 62 yaşlı Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində qətlə yetirilib. Qatil 22 yaşlı türkiyəli polis Mevlüt Mert Altıntaş olub. Hücumdan sonra o, polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.
//Qafqazinfo
Sosial şəbəkələrdə paylaş: